RESİPROL

RESİPROL

7.20 AZN
N14 film tablet.
Göstərişlər;
-LOR üzvlərin infeksion iltihabi xəstəlikləri;
-Tənəffüs yollarının infeksion iltihabi xəstəlikləri;
-Sidik-cinsiyyət sisteminin infeksion iltihabi xəstəlikləri;
-İntraabdominal infeksiyalar;
-Qastrointestinal infeksiayalar;
-Dəri və yumşaq toxumaların infeksion iltihabi xəstəliklər;
-Sümük və oynaqların infeksion iltihabi xəstəliklər;
-Ümumi infeksiyalar.

Əks göstərişlər:
Siprofloksasinə qarşı yüksək həssaslıq, hamiləlik və laktasiya dövrü, 15 yaşa qədər uşaqlar.

İstifadə qaydası və dozası:
Sidik-ifrazat sisteminin infeksiyaları-yüngül və orta ağırlıq dərəcəsində böyüklər hər 12 saatdan bir 250 mq, ağır dərəcədə və kombinəolunmuş infeksiyalarda hər 12 saatdan bir 500 mq təyin olunur.

Tənəffüs yollarının, dəri və yumşaq toxumaların, oynaqların kəskin infeksiyalarında-hər 12 saatdan bir 500 mq təyin olunur. Kəskin infeksiyaların ağır formalarında gündə 2 dəfə 750 mq təyin olunur. Dozalar fərdi təyin olunur, infeksion prosesin ağırlıq dərəcəsi, böyüklərin və qaraciyərin funksiona vəziyyəti nəzərə alınır.

Septisemiya, abses, pnevmoniya, endokardit, və ostemielit kimi kəskin infeksiyaların müalicəsi məqsədilə- hər 12 saatdan bir 750 mq təyin olunur.

Qonoreya zamanı-birdəfəlik doza 250 mq-dır. Klinik və bakteroloji yaxşılaşma müşahidə olunduqda müalicəni 2-3 gün müddətində davam etdirmək məsləhət görülür.
Təsiredici maddə: 1 tabletin təkibində 500 mq siprofloksasin vardır.
Köməkçi maddə: mirokristallik sellüloza, qarğıdalı nişastası, krospovidon, natrium kroskarmelloza, maqnezium-stearat, susuz kolloidal silisium, ağ opasray titan 4-oksid.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.