BRONXOBRU MUKO

BRONXOBRU MUKO

8.42 AZN
Şəffaf rəngsiz şərbət.
Göstərişlər:
Bronxobru Muko mukolitik təsirə malikdir, Xüsusilə bronxial hipersekresiya ilə müşayiət olunan respirator infeksiyaların antibakterial müalicəsində köməkçi maddə kimi istifadə olunur.

Əks göstərişlər:
Preparatın təsiredici maddəsinə və ya köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək
həssaslıq.

İstifadə qaydası və dozası:
Şərbət peroral qəbul üçündür, onu yeməkdən sonra qəbul etmək lazımdır.

Adi gündəlik doza böyüklər üçün gündə 60-120 mq və uşaqlar üçün gündə 1,5-2 mq\kq təşkil edir.

Əgər həkim başqa bir preparat təyin etməyibsə, orta dozalar aşağıdakılardır.
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar-gündə üç dəfə 5 ml və ya gündə iki dəfə 10 ml. Belə qəbul rejimi tənəffüs yollarının kəskin infeksion xəstəliklərinin və xroniki xəstəliklərin başlanöıc mərhələsində, 14 günə kimi, müalicəsi zamanı yaralıdır.

Qaraciyər xəstəliklərində və ya ağır böyrək çatışmazlığından həkimlə dza həddinin korreksiyası üçün məsləhətləşmək lazımdır.

12 yaşdan uşaqlar gündə iki dəfə 2,5 ml
2-6 yaşlı uşaqlar gündə iki dəfə 5 ml
6-12 yaşlı uşaqlar gündə üç dəfə 5 ml
Göstərilən dozalar ilkin müalicə üçün nəzərdə tutulub, 14 gündən sonra dozalar yarıya qədər azaldıla bilər.

Təsredici maddə: 1 ml şərbətin tərkibində 6 mq Ambroksol hidroxlorid vardır.

Köməkçi maddə: propilenqlikol, limon turşusu, metilparahidroksibezoat, parahidroksibenzoat, aromatizator, təmizlənmiş su və sorbitol.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı ozlaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.