ORNİDOL 500

ORNİDOL 500

11.69 AZN
N10 tabletka
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-  Trixomoniaz.

Qadınlarda və kişilərdə Trichomonas vaginalis-in törətdiyi sidik-cinsiyyət infeksiyası.

-  Amöbiaz.

Entamoeba histolytica-nın törətdiyi qastrointestinal infeksiyalar ( amöb dizinteriyası daxil olmaqla ), qaraciyər

absesi və digər orqanların bağırsaqdankənar zədələnmələri.

-  Giardioz ( Lyamblioz ).

-  Anaerob infeksiyalar.

Anaerob flora tərəfindən törədilmiş septisemiya, meningit, peritonit, cərrahi əməliyyat sonrası əmələ gələn

infeksiya, doğuşdan sonrakı septisemiya, abortdan sonrakı sepsis və endometritlər.

-  Yoğun bağırsaqda, ginekologiyada və digər əməliyyatlarda profilaktika məqsədilə istifadə olunur.


ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Ornidol yeməkdən sonra az miqdarda su ilə qəbul edilir.

Trixomoniaz zamanı: 5 gün müddətində 500 mq birdəfəlik doza oral yolla qəbul edilir.

Müalicə üsulu
Gündəlik doza ( 500 mq tabletlər )
Birdəfəlik doza ilə müalicə
Axşam 3 tablet
5 günlük müalicə
1 tablet səhər və 1 tablet axşam

Amöbiaz zamanı:

a) amöb dizenteriyası olan xəstələr üçün 3 günlük müalicə kursu təyin olunur.

b) amöbiazın bütün digər formaları üçün 5-10 günlük müalicə kursu təyin olunur.


Gündəlik doza
Müalicə müddəti
Böyüklər və 35 kq-dan yuxarı çəkisi olan uşaqlar ( 500 mq tabletlər )
35 kq-a qədər uşaqlarda
3 günlük müalicə
Gün ərzində 1 dəfə 3 tablet axşam. Çəkisi 60 kq-dan yuxarı olanlar gün ərzində 2 dəfə 4 tablet ( 2 tablet səhər və 2 tablet axşam )
40 mq/kq birdəfəlik doza
5-10 günlük müalicə
Gün ərzində 2 dəfə 2 tablet ( 1 tablet səhər və 1 tablet axşam )
25 mk/kq birdəfəlik doza

Giardioz ( Lyamblioz ) zaman:


Gündəlik doza
Müalicə müddəti
Böyüklər 35 kq-dan yuxarı çəkisi olan uşaqlar
35 kq-a qədər uşaqlarda
1-2 günlük müalicə
Gün ərzində 1 dəfə 3 tablet axşam
40 mq/kq birdəfəlik doza

ƏLAVƏ TƏSİRLƏR:

Çox tez-tez ( >1/10 ),

Tez-tez ( >1/100 <1/10 ),

Bəzən ( >1/10000 <1/1000 ),

Çox nadir ( <1/10000 ),

Məlumat yoxdur.

DOZA HƏDDİNİN AŞILMASI:

Doza həddinin aşılması zamanı əlavə təsirlər bölməsində göstərilən simptomlar daha kəskin şəkildə baş verə

bilər. Ornidol-un spesifik antidotu yoxdur. Spazm zamanı diazepam verilməsi tövsiyə edilir.

 
Təsiredici maddə: hər bir örtüklü tabletin tərkibində 500 mq ornidazol vardır.

Köməkçi maddələr: qarğıdalı nişastası, hipromelloza E15, mikrokristallik sellüloza, maqnezium-stearat, Opadry II

ağ.

 
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.