SERTOCHOL

SERTOCHOL

11.62 AZN
Bərk jelatin kapsullar, №0 ölçülü, qeyri-şəffaf, al qırmızı rəngli qapaq və çəhrayı rəngli gövdə, içərisində ağ və ya

demək olar ki, ağ rəngli toz.
 

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-  Öd kisəsində xolesterin saşlarının əridilməsi. Müalicənin uğurla aparılmasında əsas şərt rentgen müayinə

zamanı xolesterin daşlarının tutgun rəngdə gösrənməməsidir və ölşüləri 15 mm-dən çox olmamalıdır. Daşın

vəziyyətindən asılı olmayaraq, amma öd kisəsinin funksiyası pozulmamalıdır;

-  Biliar reflüks-qastritin müalicəsi;

-  Qaraciyərin birincili biliar sirrozunun simptomatik müalicəsi ( dekompensasiya əalmətlərinin olmaması


ƏKS GÖSTƏRİŞLƏR:

-  Preparatın aktiv maddəsinə və ya köməkçi maddələrindən hər hansı birinə qarşı hiperhəssaslıq;

-  Rentgenkontrast ( kalsium miqdarı yüksək olan ) öd daşları;

-  Fəaliyyət göstərməyən öd kisəsi;

-  Öd kisəsinin, öd axarlarının və  bağırsağın kəskin iltihabi xəstəlikləri;

-  Dekompensasiya mərhələsində olan qaraciyər sirrozu;

-  Böyrək, qaraciyər funksiyalarının güclü pozğunluqları;

-  Pankreatit;

-  Hamiləliyin I trimestri;

-  6 yaşa qədər olan uşaqlar.

XÜSUSİ GÖSTƏRİŞLƏR:

Sertoxol preparatı xüsusi həkim nəzarəti altında qəbul olunmalıdır. Müalicənin ilk üç ayı ərzində hər 4 həftədən

bir, sonra hər 3 aydan bir qaraciyərin funksional göstəriciləri AST ( SGOT ), ALT ( SGPT ) və y-GT təyin

olunmalıdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Sertoxol gündə 1 dəfə yatmazdan əvvəl və ya sutkada 2 dəfə daxilə təyin olunur. Kapsul bütöv halda,

çeynənilmədən, kifayət qədər su ilə daxilə qəbul olunmalıdır ( qida ilə birlikdə də qəbul etmək olar ).

Biliar reflüks-qastritin müalicəsi zamanı 300 mq dozada yuxudan əvvəl daxilə qəbul olunur. Kurs müalicə 10-14

gündən 6 aya qədərdir ( zəruri hallarda 2 il müddətinə ).

Digər hallarda doza 10-15 mq/kq ( zəruri hallarda 20 mq/kq ) gündə 2-3 dəfə daxilə qəbul olunur; preparat 6

ay müddətindən bir neçə ilə qədər təyin olunur.

6 yaşdan yuxarı uşaqlarda ( 20 kq bədən kütləsindən yüksək ) dozalanma fərdi olaraq sutka ərzində 10-20

mq/kq dozada təyin olunur.


ƏLAVƏ TƏSİRLƏR:

Mədə bağırsaq traktına: klinik tədqiqatlarda qəbizlik və diareyalara daha çox rast gəlinir. Birincili biliar sirrozun

müalicəsi zamanı nadir hallarda qarın nahiyəsində güclü ağrılar müşahidə olunmuşdur, əsasən sağ tərəfdə.

Qaraciyər və ödçıxarıcı yollara:

Ursodeoksixol turşusu ilə müalicə zamanı nadir hallarda kalsiumlaşmış daşlar əmələ gələ bilər. Birincili biliar

sirrozun gecikmiş mərhələsinin müalicəsi zamanı qaraciyər sirrozunu dekompensiyası müşahidə olunmuşdur,

preparatın qəbulu dayandırılıqda bu hal yox olmuşdur.

Yüksək həssaslıq reaksiyası:

Nadir hallarda allergik reaksiyalar əmələ gələ bilər ( övrə ).

DOZA HƏDDİNİN AŞILMASI:

Doza həddinin aşılması barədə məlumat yoxdur.

Təsiredici maddə: 1 kapsulda 300 mq ursodeoksixol turşusu vardır.

Köməkçi maddələr: qarğıdalı mişastası, kolloidal silisium dioksid, maqnezium stearat.

Kapsulun örtüyünün tərkibi: jelatin, titan dioksid, qırmızı dəmir oksidi.

 
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.