FOSFOMED

FOSFOMED

6.19 AZN
Portağal və narıngi ətirli, ağ və ya demək olar ağ rəngli qranullaşdırılmış birincisli tozdur.
 
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-  Kəskin bakterial sistit, residivləşlən bakterial sistitin kəskin tutmaları;

-  Qeyri-spesefik bakterial uretrit;

-  Hamilələrdə simptomsuz kütləvi bakteriuriya;

-  Sidik yollarının əməliyyatdan sonrakı infeksiyası;

-  Cərrahi müdaxilə və transuretral diaqnostik tədqiqat zamanı sidik yollarının infeksiyasının profilaktikası.

ƏKS GÖSTƏRİŞLƏR:

-  Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;

-  Ağır böyrək çatışmamazlığı ( kreatiin klinersi <10 ml/dəqiqə );

-  5 yaşa qədər uşaqlar.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Fosfomed qəbul edilir. Qaranulları 1/3 stəkan suda həll etmək lazımdır. Preparat sutkada 1 dəfə acqarnına,

yeməkdən 2 saat əvvəl və ya 2 saat sonra daxilə qəbul edilir ( yatmazdan əvvəl qəbul etmək və sidik kisəsini

əvvəlcədən boşaltmaq məsləhət görülür ).

Böyüklərdə gündə 1 dəfə 1 pakt ( 3 q ) təyin edilir.

Cərrahi müdaxilə və transuretral diaqnostik tədqiqat zamanı sidik yollarının infeksiyasının profilaktikası

məqsədilə Fosfomedin 1 paketi müdaxilədən 3 saat əvvəl və ikinci paket müdaxilədən 24 saat sonra qəbul

edilir.

5-18 yaşlı uşaqlara 2 q dozada gündə 1 dəfə təyin edilir.

Müalicə kursu 1 gün təşkil edir.

Daha ağır hallarda ( yaşlı pasiyentlər, residivləşən infeksiyalar ) 24 saatdan sonra 1 paket də qəbul etmək olar.

Böyrək çatışmazlığı zamanı dozanı azaltmaq və qəbullar arasındaki intervalı uzatmaq lazımdır.

ƏLAVƏ TƏSİRLƏR:

MBT tərəfindən baş verə bilən pozulmalar ( ürəkbulanma, qıcqırma, diareya ), dəri səpgisi, allergik reaksiyalar

mümkündür.

DOZA HƏDDİNİN AŞILMASI:

Simptomları:

Diareya. Sürəkli diareya zamanı simptomatik müalicə məsləhət görülür.

Doza həddinin aşılması riski minimaldır, belə ki, preparatın buraxılış forması 1 və ya 2 paketdir. Doza həddinin

aşılması zamanı diurezi artırmaq məqsədilə daxilə maye qəbul etmək məsləhət görülür.

Təsiredici maddə: 1 paketdə 3,0 q fosfomisin ( fosfomisin trometamol şəkilində ) vardır.

Köməkçi maddələr: saxaroza, kolloidal susuz silisium dioksid, portağal cövhəri, narıni cövhəri, natrium saxarin.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq