Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

NOTTA

12.31 AZN
NOTTA
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Yüksək qıcıqlanma, yorğunluq, psixi gərginlik, yuxu pozğunluğu, nevroloji və psixi pozğunluqlar zamanı əhval-

ruhiyyənin dəyişkinliyi.

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın digər dərman vasitələri ilə kliniki əhəmiyyət kəsb edən qarşılıqlı təsiri qeydə alınmamışdır.

XÜSUSİ GÖSTƏRİŞLƏR:

3 yaşa qədər uşaqlarda, hamiləlik və laktasiya dövründə olan qadınlarda preparatın istifadəsinə dair kifayət

qədər klinik tədqiqatlar aparılmışdır. İstifadəsinə ehtiyac yarandıqda, müalicə həkimi ilə məsləhətləşmək

lazımdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Effektivliyinin daha yaxşı təmin olunması məqsədilə Notta yeməkdən 30 dəq. əvvəl və ya 1 saat sonra təmiz

halda və ya 1 xörək qaşığı suda həll edilməklə daxilə ağızda müəyyən müddət saxlamaqla qəbul edilir.

Yaş
Doza ( birdəfəlik )
Qəbul sayı və müalicə müddəti
Körpələr və uşaqlar
5 damcı
Gündə 3 dəfə. Müalicə kursu – 1-4 ay, əgər vəziyyətdə psixikanı zədələyən hal səbəb olmuşdursa – müalicə kursu – 1-4 həftə təşkil edir
Böyüklər və yeniyetmələr

10 damcı

Xəstəliyin əvvəlində, həmçinin simptomların yüngülləşməsini sürətləndirmək məqsədi ilə hər 30-60 dəqiqədən

bir 3-12 yaşlı uşaqlara 3-5 damcı, böyüklər və yeniyetmələrə - 8-10 damcı vəziyyət yaxşılaşana qədər 8

həftədən çox olmayaraq təyin edilə bilər. Yaxşılaşma başlayandan sonra dozanın qəbulu gündə 3 dəfəyə qədər

endirilir.

DOZA HƏDDİNİN AŞMASI:

Bu vaxta qədər preparatın doza həddinin aşılması qeydə alınmişdır.

ƏLAVƏ TƏSİRLƏRİ:

Qeydə alınmayıb. Hər hansı bir əlavə təsir meydana çıxarsa həkimə müraciət etmək lazımdır.
Təsiredici maddələr: 100 ml NOTTA-nın tərkibində 20 ml əkin yulafı ( Avena sativa ) D1, 10 ml Fosfor

( Phosphorus ) D12, 10 ml Çobanyastığı ( Chamomilla ) D12, 10 ml Kofe ağacı ( Coffea ) D12, 10 ml Sink

valerianat ( Zincum valerianicum ) D12 vardır.

Köməkçi maddələr: 43%-li etil spirti.