Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

SUN DROPS

19.70 AZN
SUN DROPS
GÖSTƏRİŞLƏRİ:

-  D-hipo və avitaminozu;

-  Raxitin profilaktikas və müalicəsi;

-  Hipokalisemiya və onun nəticəsində yaranan qıcolmalar;

-  Osteomalyasiya və osteoporozun kompleks müalicəsi;

-  Sınıqlar zamanı sümüklərin bərpasını sürətləndirmək məqsədilə;

-  Hiperparatieroz və psevdohipoparatireozun kompleks müalicəsi;

-  Malabsorbsiya ilə müşayiət olunan vəziyyətlər ( xroniki bağırsaq xəstəlikləri, qaraciyər sirrozu, mədə və

bağırsaq rezeksiyası );

-  Spazmofiliya.


İSTİFADƏ QAYDASI:

SUN DROPS həkim təyinatı üzrə qəbul olunmalıdır. 1 ml SUN DROPS  məhlulu 20 damcıdır.

-  Vitamin D çatışmamazlığının müalicəsində: gündə 1 dəfə 2-3 damcı ( 800-1200 BV );

-  Raxitin profilaktikası: normal yeni doğulmuşlarda ikinci həftəsindən başlayaraq 1-2 damcı ( 400-800 BV ),

yarımçıq doğulmuşlarda isə 3-4 damcı ( 1200-1600 BV ). Preparatın istifadəsi 1 və ya 2 yaşa qədər davam

etdirilir;

-  Raxitin müalicəsi: gündə 1 dəfə 3-10 damcı ( 1200-1400 BV ). Müalicə 1 il müddətində aparılır.

-  Osteoporoz müalicəsi: gündə 1 dəfə 3-8 damcı ( 1200-3200 BV );

-  Osteomalyasiyanın müalicəsi: gündə 1 dəfə 3-12 damcı ( 1200-4800 BV );

-  Hipoparatireodizmin və psevdohipopariteziozun kompleks müalicəsi: gündə 1 dəfə 25-50 damcı

( 10000-20000 BV );

-  Hamiləlik və laktasiya dövründə gündə 1 dəfə 1-2 damcı ( 400-800 BV ) qəbul edilir.

ƏKS GÖSTƏRİŞLƏR:

D vitamininə qarşı hiperhəssaslıq, D hipervitaminozu, hiperkalsiemiya, böyrək çatışmazlığı.

ƏLAVƏ TƏSİRLƏR:

əlavə təsirlər əksər hallarda doza artıqlığı zamanı yarana bilər.

Başağrısı, əhval-ruhiyyənin dəyişkinliyi, oyanıqlıq, ürəkbulanma, qusma, iştahsızlıq, susuzluq hissi, ağızda

quruluq.

1 damcıda.

Təsiredici maddə: Xolekalsiferol 400 BV.

Köməkçi maddələr: fruktoza, su, kaliumsorbat, limon turşusu, sukraloza, banan dadlandırıcısı.