Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

LUZAKTOL

24.30 AZN
LUZAKTOL
Lütein və toxumalarda ondan əmələ gələn zaeksantin makulanın əsas piqmentləridir. Lütein və zaeksantinin

70%-i gözün torlu qişasının mərkəzində toplanır. Məhz bu mərkəz aydın və keyfiyyətli görməni təmin edir.

Lütein və zaeksantin seçici olaraq ultrabənövşəyi şüaların zərərli spektrini udur ( müdafiə funksiyası ) və torlu

qişanın həssas strukturuna nüfuz etmiş şüaları neytrallaşdırır ( antioksidant funksiya ). Lütein torlu qişada

distrofiyanın inkişafına səbəb olan lipofussinin yaranmasının qarşısını alır. Lütein defisiti dağıdıcı faktorların göz

toxumasında toplanmasına və görmənin bərpa olunmayan zəifləməsinə səbəb olur.

Vitamin A – gözün işıq şüalarını qəbul etmə mexanizmində iştirak edir, antioksidant vəziyyətini tənzimləyir,

lipidlərin oksidləşməsinin qarşısını alır və buynuz qişada mübadilə prosesslərini normallaşdırır. Progressiv

yaxındangörmə, qlaukoma, katarakta, uveit, müxtəlif mənşəli retinopatiyalar, göz daxili təzyiq kimi göz

xəstəliklərinin qarşısını alır vitamin A güclü antioksidantdır, orqanizmi sərbəst radikallardan müdafiə edir.

Görməni yaxşılaşdırır, “toyuq korluğunun” qarşısını alır.

FARMAKOLOJİ TƏSİRİ:

Vitamin B2, vitamin B6 – B qrup vitaminləri, metabolizmi sürətləndirir, mərkəzi və periferik sinir sisteminin

fəaliyyətini yaxşılaşdırır. Oksidləşmə - reduksiya proseslərində iştirak edir.

GÖSTƏRİŞLƏR:

-  Diabetik retinopatiya;

-  Katarakta, qlaukoma;

-  Torlu qişasında sarı ləkənin degenerasiyası;

-  Görmə zəifliyi.

ƏKS-GÖSTƏRİŞLƏR:

-  Preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq.

DOZALANMASI:

3 yaşdan – 1 kapsuldan x 1 dəfə;

12 yaşdan yuxarı – 1 kapsuldan x 2 dəfə.
 

Lütein – 10 mg;

Zaeksantin – 8 mg;

Vitamin B2 – 8 mg;

Vitamin B6 – 100 mkq;

Vitamin A – 1000 mkq.