AKVADETRİM VİTAMİN D3

AKVADETRİM VİTAMİN D3

4.48 AZN
Təsviri
10 ml preparat “birinci açılış” zəmanət həlqəli polietilen qapağı vəpolietilen tıxac-damcıladıcısı olan tünd şüşə flakonlarda. 1 flakon içlik vərəqəilə birlikdə karton qutuya qablaşdırılır.


İstifadəsinə göstərişlər
D vitamin çatışmazlığının profilaktikası və müalicəsi. Raxitin və raxitəbənzərxəstəliklərin, hipokalsiemik tetanusun, osteomalyasiyanın və metobolik əsasdasümük xəstəliklərinin (hipoparatireoz və psevdohipoparatireoz kimi)profilaktikası və müalicəsi.
Əks göstərişlər
Preparatın komponentlərinə, xüsusilə benzil spirtinə qarşı yüksək həssaslıq.D hipervitaminozu, qanda və sidikdə kalsiumun səviyyəsinin yüksəlməsi,kalsiumlu böyrək daşları, böyrək çatışmazlığı, sarkaidoz.
İstifadə qaydası və dozası
Preparat az miqdarda maye ilə daxilə qəbul edilir. 1 damcının tərkibində500 BV vitamin D3 vardır
Preparat aşağıdakı dozalarda istifadə olunur:
Profilaktik məqsədlə:
¾ 3-4 həftəlik vaxtındadoğulmuşlara və 2-3 yaşaqədər uşaqlara düzgün qulluq və təmiz havada kifayət qədər olmalarının təminolunması şərti ilə: gündə 500-1000 BV (1-2 damcı)
¾ Vaxtindanəvvəldoğulmuş 7-10 günlük uşaqlara, əkiz uşaqlara, pis həyat şəraitində olan körpələrə:gündə 1000-1500 BV (2-3 damcı). Yay vaxtlarında gündə 500 BV (1 damcı) doza iləkifayətləndirmək olar.
¾ Hamilə qadınlara:bütün hamiləlik müddətində hər gün  500BV dozada vitamin D
 və yahamiləliyin 28- ci həftəsindən başlayaraq 1000 BV/ gün
¾ Postmenopauzaldövrdə - gündə 500-1000 BV (1-2 damcı).
Müalicəvi dozalar:
¾ Raxit zamanı:klinik vəziyyətə ciddi nəzarət etməklə, qan və sidiyin biokimyəvi göstəricilərini(kalsium, fosfor, qələvi fosfotazalar) müayinəsini həyata keçirməklə 4-6 həftə ərzindəraxitin ağırlıq dərəcəsindən və gedişindən asılı olaraq hər gün 2000-5000 BV(1-2 damcı). Müalicə 3-5 gün müddətində 2000 BV doza ilə başlanılır, sonra,preparatın orqanizm tərəfindən yaxşı qəbul olunduğu halda doza fərdi müalicəvidozaya qədər yüksəldilir. 5000 BV doza yalnız sümüklərdə aydın ifadə olunmuş dəyişikliklərbaş verdiyi təqdirdə tətbiq olunur.
Zərurət yaranarsa, bir həftəlik fasilədən sonra müalicə kursunu təkraretmək olar. Müalicə dəqiq müalicəvi effekt alınana qədər aparılır, sonraprofilaktik dozaya keçirilir (500-1500 BV/gün)
¾ Raxitəbənzər xəstəliklərinmüalicəsində: yaşdan , bədən kütləsindən və xəstəliyin ağırlıq dərəcəsindənasılı olaraq, qanın və sidiyin biokimyəvi göstəricilərinə nəzarət etməklə gündə.
20000-30000 BV.Müalicə kursu- 4-6 həftə. Müalicə həkim nəzarəti altında aparılır.
¾ Postmenopauzalosteoporozun kompleks müalicəsində: gündə 500-1000 BV (1-2 damcı)
Dozalanma bir qayda olaraq qida vasitəsilə orqanizmə daxil olan Dvitaminin miqdarı nəzərə alinmaqla təyin edilir.
İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.
Tərkibi
Təsiredici maddə: 1 ml (30 damcı) məhlulun tərkibində 15000 BVxolekalsiferol vardır.
Köməkçi madddələr: makroqol qliserilrisinoleat, saxar
oza(250 mq), natrium-hidrofosfat dodekahidrat, limon turşusu monohidrat, cirəaromatizatoru, benzil spirti (15mq), təmizlənmiş su.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır