AKTOVEQİN  inyeksiya  üçün məhlul 5 ml

AKTOVEQİN inyeksiya üçün məhlul 5 ml

21.38 AZN
40 mq/ml inyeksiya üçün məhlul. 2, 5,10 ml preparat sındırma nöqtəsi olan rəngsiz şüşə ampullarda.

5 ampul konturluyuvaları olan plastik qaba yerləşdirilir. 1 və ya 5 kontur yuvalı qablamaistifadə qaydası ilə birlikdə karton qutuya yerləşdirilir.

Qutuya ilkin açılışanəzarət üçün dairəvi formalı haloqrafik yazılı şəffaf qoruyucu etiket yapışdırılır.
 İstifadəsinə göstərişlər:

• Baş beynin metabolik və damar pozğunluqları (eynizamanda işemik insult, kəllə-beyin travması);

• Periferik (arterial və venoz) damar pozğunluqlarıvə onların nəticələri (arterial angiopatiyalar, trofik yaralar); diabetikpolineyropatiya.

• Yaraların sağalması (müxtəlif etiologiyalı xoralar,yanıqlar, trofik pozğunluqlar (yataq yaraları), yaraların sağalmaprosesinin pozulması).

• Şüa müalicəsi zamanı dəri və selikli qişalarınşüa zədələnmələrinin profilaktikası və müalicəsi.

Əks göstərişlər:

AKTOVEGİN®dərman vasitəsinə və ya analoji dərman vasitələrinə qarşı hiperhəssaslıq,dekompensəolunmuş ürək çatışmazlığı, ağciyər ödemi, oliquriya, anuriya,orqanizmdə mayenin ləngiməsi.

 
İstifadə qaydası və dozası:

Arteriyadaxili, venadaxili (eyni zamanda, infuziya şəklində) və əzələdaxilinə təyinedilir.

Anafilaktik reaksiyaların inkişafının potensial imkanlarını nəzərə alaraq,infuziyadan əvvəl sınaq aparılması məsləhət görülür.

Sındırma nöqtəli ampuldan istifadə qaydası:

Ampulanınnöqtəli ucunu yuxarı tutun! Ehtiyatla barmaqla vuraraq, ampulanı çalxalamalı vəməhlulun aşağı axmasına imkan yaratmaq lazımdır.

Ampulanınucunu yuxarı tutun! Şəkildə göstərilən kimi ucunu sındırmaq lazımdır.
 
• 
Baş beyinin metabolik və damar pozğunluqları: 5 ml-dən 25 ml-ə qədər (200-1000 mqsutkada) venadaxili, 2 həftə müddətində hər gün, sonra tablet formasına keçirməkşərti ilə.

• 
İşemik insult: 20-50 ml (800-2000 mq) 200-300 ml 0,9%-li NaCl məhlulundavə ya 5%-ii dekstroza məhlulunda venadaxilinə damcı ilə hər gün 1 həftə müddətində,sonra 10-20 ml (400-800 mq) venadaxilinə damcı ilə 2 həftə müddətində sonratablet formasına keçirmək şərti ilə.

• 
Periferik (arterial və venoz) damarpozğunluqları və onların nəticələri: 20-30 ml (800-1000 mq) preparat 200 ml 0,9%-li

NaCIməhlulunda və ya 5%-li dekstroza məhlulunda arteriya daxilinə və ya venadaxilinəhər gün; müalicə müddəti 4 həftə.

• 
Diabetik polineyropatiya: 50 ml (2000 mq) sutkada venadaxilinə 3həftə müddətində sonra tablet formasına keçirmək şərti ilə - 2-3 tablet gündə 3dəfə 4-5 aydan az olmayaraq.

• 
Yaraların sağalması: sağalma prosesindən asılı olaraq 10 ml(400mq) venadaxilinə və ya 5 ml əzələdaxilinə hər gün və ya həftədə 3-4 dəfə təyinedilir (əlavə olaraq, yerli müalicə üçün AKTOVEGİN-in yerli formalarındanda istifadə olunur).

• 
Şüa müalicəsi zamanı dəri və selikliqişaların şüa zədələnmələrinin profilaktika və müalicəsi: orta doza hər gün radiasion təsirinfasilələrində venadaxilinə 5 ml (200mq) təşkil edir.

• 
Radiasion sistit: antibiotiklərlə müalicə ilə müştərək olaraq, hər gün10ml (400 mq) transuretral təyin edilir.

• 
Yeritmənin sürəti: 2 ml / dəq-ə yaxın.



Təsiredici maddə: 1ml-də qan komponentləri: dana qanınındeproteinləşdirilmiş hemoderivatı, tərkibi 40mq quru kütləyə və 26,8 mq sodiumxloridə uyğundur. 

Köməkçi maddə: inyeksiya üçün su.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır