ONSART 16 mq

ONSART 16 mq

9.44 AZN
28 tablet, blisterlərdə.Blisterlər içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.


İstifadəsinə göstərişlər
Onsart essensial hipertenziyanın müalicəsi üçün istifadə olunur.

Onsart sol mədəciyin sistolik disfunksiyası (qovma fraksiyası ≤ 40%) olan pasiyentlərdə ürək çatışmazlığının müalicəsi üçün, kardiovaskulyar ölümlərin sayını azaltmaq üçün və ürək çatışmazlığı ilə bağlı hospitalizasiyanın sayını azaltmaq üçün istifadə edilir.

Əks göstərişlər
Onsart bu preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslığı olan pasiyentlərdə,hamiləlik və laktasiya dövründə və ağır qaraciyər çatışmazlığı və/və yaxolestaz zamanı əks göstərişdir.

İstifadə qaydası və dozası
Hipertenziya:
Tövsiyə olunan başlanğıc doza  və adi dəstəkləyici doza gündə 1 dəfə 8 mq-dır. Doza gündə 1 dəfə 16mq-a qədər yüksəldilə bilər. Ən çox antihipertenziv effekt müalicənin başlanmasından 4 həftəlik müddət ərzində əldə edilir.

İstifadəsi
Onsart gündə 1 dəfə qida ilə və ya onsuz qəbul edilməlidir.

Yaşlılarda istifadəsi
Yaşlı pasiyentlərdə başlanğıc dozaya düzəliş edilməsinə ehtiyac yoxdur.

Böyrək funksiyasınınpozğunluğu zamanı istifadəsi Hemodializdə olan pasiyentlər də daxil olmaqla, böyrək çatışmazlığı olan pasiyentlərdə başlanğıc doza 4 mq-dır. Cavab reaksiyasından asılı olaraq doza titrlənə bilər. Çox ağırböyrək çatışmazlığı olan və ya  böyrək çatışmazlığının son mərhələsində olan(Klkreatinin <15 ml/min) pasiyentlərdə istifadə təcrübəsi məhduddur.

Qaraciyərfunksiyasının pozğunluğu zamanı istifadəsi
Mülayim-orta dərəcəliqaraciyər çatışmazlığı olan pasiyentlərdə başlanğıc doza olaraq gündə 1 dəfə 2mq tövsiyə olunur. Cavab reaksiyasından asılı olaraq dozaya düzəliş edilə bilər.Ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə preparatın istifadə təcrübəsiyoxdur.

Birgə müalicə
Hidroxlortiazid kimitiazid tipli diuretiklə birlikdə istifadə olunduqda  Kandesartanınantihipertenziv təsiri ilə diuretikin antihipertenziv təsirinin toplanması (additivhipertenziv təsir) baş verir.

Ürək çatışmazlığızamanı doza
Onsartın adi tövsiyə olunandozası gündə 1 dəfə 4 mq-dır. Gündə 1 dəfə  32 mq və ya dözülə biləcəkdaha yüksək hədəf dozaya qədər titrləmə ən azı 2 həftə ərzində dozanı ikiqatartırmaqla həyata keçirilmişdir.

Xüsusi pasiyentpopulyasiyası
Yaşlı pasiyentlər və yadamardaxili həcmin azalması, böyrək çatışmazlığı və ya yüngül- orta ağırlıq dərəcəliqaraciyər çatışmazlığı olan xəstələr üçün başlanğıc dozanın tənzimlənməsi tələbolunmur.

Birgə müalicə
Onsart digər ürək çatışmazlığımüalicəsi ilə birgə, AÇF inhibitorları, beta-blokatorlar, diuretiklər və üskükotupreparatları da daxil olmaqla kombinəedilmiş şəkildə istifadə oluna bilər.

İstifadəsi

Onsart gündə 1 dəfə qidailə və ya onsuz qəbul olunmalıdır.

Uşaqlarda və yeniyetmələrdə istifadəsi
Uşaqlarda və yeniyetmələrdə(18 yaşından kiçik) Onsartın təhlükəsizliyi və effektivliyi müəyyən olunmamışdır.

Təsiredici maddə:hər tabletin tərkibində 16 mq Kandesartan-sileksetil vardır.

Köməkçi maddə:  qırmızı dəmir oksidi.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır