LUSETAM  400 mq

LUSETAM 400 mq

6.98 AZN

Təsviri : Lusetam sinir hüceyrələrində maddələr mübadiləsini aktivləşdirir, 

hüceyrəmembranlarının strukturunu bərpa edir , 

hüceyrələrin funksiyasını yaxşılaşdırırvə beləliklə də , hüceyrələr arasında məlumat mübadiləsini asanlaşdırır .

Preparat beyin qan dövranına və baş- beyin metabolizminə müsbət təsir göstərir.

Lusetamtrombositlərin aqreqasiyasını (yapışmasına) zəiflədir və həmçinin qırmızı qanhüceyrələrinin qan damarlarına yapışmasına imkan vermir və qan damarını tutantrombun əmələ gəlməsinin qarşısını alır.       


                                                                                      

                                                                                                                   

                                                                                                                                                                     

 

İstifadəsinə göstərişlər : 

* Baş- beyinin zədələnməsi və ya onun funksiyalarının pozulması nəticəsindəyaddaş və diqqət pozğunluğunun inkişafı , sayıqlıq səviyyəsinin zəifləməsi; 

* Beyin qan dövranı pozğunluqlarının nəticələrinin (əsasən afaziyanın)müalicəsi ; 
                                   
 * Sinirsisteminin zədələnməsi ilə əlaqədar inkişaf edən əzələ titrəməsi (qabıqmioklonusu) ; 

*Başgicəllənmə və tarazlıq hissiyatının pozulması ( damar pozğunluqları və psixipozğunluqlarla bağlı olan simptomlardan başqa) ; 

* Alkoqoldan xroniki istifadə olunması nəticəsində inkişaf edən, həmçinin alkoqol abstinensiya sindromu ilə bağlı olan yaddaş və diqqət pozğunluqlarınınkompleks müalicəsinin komponenti kimi.

Digər metodlarla birlikdə tədrisdə geriqalan və dizleksiyalı (yazılı nitqin gec qavranılması) uşaqların iş qabiliyyətiniartırmaq məqsədilə. 

Əksgöstərişlər:

 * 
Preparatın istənilən komponentinə qarşı həssaslığın yüksəlməsi; 
                                                                                   
* Ağır böyrək xəstəlikləri ; 

* Baş – beyinə qan sızmalar;
 
* Laktasiya dövrü ; 

 *Hamiləlik ; 

İstifadə qaydası və dozası : 

Preparat qəti şəkildə həkim təyinatıilə qəbul olunmalıdır.

Tövsiyə olunan dozaya və ya müalicənin davametmə müddətinədəqiq əməl etmək lazımdır.

Doza xəstəliyin xarakteri və ağırlıq dərəcəsi , həmçininxəstənin preparata qarşı reaksiyasından asılı olaraq fərdi şəkildə seçilməlidir.

Tabletləryeməkdən əvvəl , 100-200 ml su ilə qəbul edilməlidir. 

Doza həddinin aşılması: 

Kifayət qədər yüksək dozalar qəbuledildikdə və ya bundan şüpələndikdə həkimə müraciət etmək lazımdır.

Lusetam həttaçox yüksək dozalarda da toksiki təsir göstərmir.

Preparatın spesifik antidotuyoxdur.

Doza həddinin aşılmasından şüphələndikdə simptomatik müalicə təyin edilməlidir.

Lusetam ,ekstraksiya effektliyi 50-60% olan dializ yolu ilə orqanizimdən xaricedilə bilər.İki dozanın birlikdə qəbul edilməsi artıq doza həddinin aşılmasınagətirib çıxara bilər. 

Təsiredici maddə : hər bir örtüklü tabletin tərkibində 400 mq, 800mq  və ya 1200 mq Pirasetam vardır.                             

Köməkçi maddələr : maqnezium-stearat , povidon K-30 , makroqol 6000,dibutilsebakat,titan 4-oksid , talk , etilsellüloza , hipromelloza.                                                                                                        

                                                                                                                                                                 

                                                      

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.