LOZAP 50+12.5 mq

LOZAP 50+12.5 mq

14.80 AZN

Lozapın görünüşü nə cürdür və bağlamanın tərkibi:  LOZAP-12,5 ağ-ağımtıl oval ikitərəfi qabarıq örtüklü tabletlər.  LOZAP-25 ağ-ağımtıl oval ikitərəfi qabarıq və bir tərəfində göstərici olan örtüklü tabletlər.

Tablet bərabər olaraq iki hissəyə bölünə bilər.  LOZAP-50 ağ-ağımtıl oval ikitərəfi qabarıq və bir tərəfində göstərici olan örtüklü tabletlər.Tablet bərabər olaraq iki hissəyə bölünə bilər.  LOZAP-100 ağ-ağımtıl oval ikitərəfi qabarıq və bir tərəfində göstərici olan örtüklü tabletlər.Tablet bərabər olaraq iki hissəyə bölünə bilər.  


İstifadəsinə göstərişlər 
LOZAP yüksək qan təzyiqinin müalicəsində və ya ACE inhibitor adlandırılan müalicələrə dözməyən xəstələrdə ürək çatışmazlığının (ürəyin zəifləmiş funksiyası) müalicəsi üçün istifadə edilir.  LOZAP qan damarlarını genişləndirir və beləliklə ürək bədənin bütün üzvlərini asanlıqla qanla təmin edə bilir.Yüksək qan təzyiqini zəiflədir.LOZAP ürək çatışmazlığı olan bir çox xəstələrdə ürəyin fəaliyyətini artırır.   Bu məhsul yetkin yaşlı xəstələrin müalicəsi üçün nəzərdə tutulur. 

Əks göstərişlər   
- Losartana qarşı və ya LOZAP-ın digər komponentlərinə qarşı allergiya və ya hiper həssaslıq; 

- Hamiləsinizsə ; 
- LOZAP-dan istifadə etməyə başlamağa əmin deyilsinizsə tibbi məsləhət axtarın.   

İstifadə qaydası və dozası 
LOZAP-ı həmişə həkim dediyi qaydada qəbul edin.Əgər əmin deyilsinizsə , həkiminiz və ya əczaçınızla yoxlamalısınız.müalicənin müddəti və dozanın həcmi həmişə sağlamlığınız və ya digər dərmanları qəbul edib etməməyinizdən aslı olaraq həkim tərəfindən təyin olunur. 
 
Yüksək qan təzyiqinin müalicəsi: Adi doza xəstələrin əksəriyyətində 24 saat ərzində qan təzyiqinə təsir etmək üçün gündə 1 tablet olmaqla bir dəfə qəbul edilən LOZAP 50- dir. Doza gündə bir dəfə olmaqla və ya iki hissəyə bölünmüş dozada qəbul etməklə həkim tərəfindən 2 LOZAP 50 tabletinə qədər artırıla bilər. 

Ürək çatışmazlığının müalicəsi : Adi tövsiyə edilən ilkin doza gündəlik 1 tablet olmaqla LOZAP 12,5 –dir.Bundan sonra doza tədricən həftəlik intervalla,LOZAP 50 məhsulunun 1 tablet olmaqla gündə bir dəfə adi sabit saxlayan dozaya qədər artırılır.   Böyrək funksiyasının ortadan ağıra olan pozğunluqları olan xəstələrdə və ya dializi olan xəstələrdə aşağı başlanğıc dozası gündə bir dəfə olmaqla 1 tablet LOZAP 25 tövsiyə edilir.   Az doza hepatik ağırlaşması olan xəstələr üçün seçilməlidir.  75 yaşdan yuxarı xəstələrdə  LOZAP 25 – in 1 ədəd başlanğıc aşağı dozası gündə bir dəfə tövsiyə edilir. LOZAP qəbul edilən qidadan aslı olmayaraq istifadə edilə bilər.Komfort və daha yaxşı yadda saxlanılması məqsədilə məsləhətdir ki , günün həmişə eyni vaxtında qəbul edəsiniz. 
 
Doza həddinin aşılması  LOZAP-ı dozadan artıq qəbul etməni göstərən əsas əlamətlər aşağıdakılardır: simptomatik hipotenziya və s.tez-tez başgicəllənməsi kimi üzə çıxan aşağı qan təzyiqi, sürətlənmiş və zəifləmiş nəbz.Dozadan artıq istifadə və ya məhsulun uşaq tərəfindən təsadüfən qəbul edilməsi zamanı dərhal tibbi yardıma müraciət edin.  Əgər preparatı qəbul etməyi unutmusunuzsa buraxılmış dozanı bərpa etmək üçün aşağıdakı dozanı artırmayın.Həkimin məsləhəti olmadan preparatın qəbulunu dayandırmayın.  


Təsiredici maddə:hər tabletdə 12,5 mq,25 mq, 50 mq və ya 100 mq Losartan kalsium. 

Köməkçi maddələr: mikrokristallik sellüloza ,mannitol,krospovidon, susuz kolloidal 4-oksid, maqnezium stearat talk,makroqol 6000,sepifilm 752 ağ örtük sistemi. 

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.