NOLPAZA 40 mq (14 tabletka)

NOLPAZA 40 mq (14 tabletka)

4.81 AZN
Oval formalı , hər iki tərəfdən azca qabarıq, açıq sarımtıl-qəhvəyi rəngli örtülmüş tabletlər.

Kəsikdə görünüşü: ağdan açıq sarımtıl-qəhvəyi rəngə qədər kələ-kötür səthə malik olan açıq sarımtıl-qəhvəyi rəngli örtüklü kütlə.  
 

İstifadəsinə göstərişlər: 

- Qastroözofaqeal reflüks xəstəliyi (QÖRX) , o cümlədən eroziv xoralı reflüks-özofaqit və QÖRX ilə assasiasiya olunmuş simptomlar: qıcqırma, turş gəyirmə , udma zamanı ağrı; 

- Qeyri-steorid iltihab əleyhinə preparatların (QSİƏP) qəbulu ilə bağlı mədənin və 12 barmaq bağırsağın eroziv-xoralı zədələnmələri ; 

- Mədənin və 12 barmaq bağırsağın xora xəstəliyi, müalicəsi və profilaktikası; 

- Helicobacter pylori –nin iki antibiotiklə kombinasiyada eradikasiyası ; 

- Zollinger-Ellison sindromu və mədə turşuluğunun yüksəlməsi ilə bağlı digər pataloji vəziyyətlər. 

Əks göstərişlər: 

- Pantoprozola və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq; 

- Digər proton nasosu inhibitorlarına qarşıda yüksək həssaslıq halı varsa ;   

- Nolpazanın tərkibində sortibol vardır , ona görə də preparat fruktozaya qarşı nadir irsi dözümsüzlüyü olan şəxslərə tövsiyə olunmur; 
 
- Nevrotik mənşəli dispepsiya ; 

 - 18 yaşa qədər uşaq yaş dövrü (effektliyini və təhlükəsizliyi öyrənilməmişdir) 

Ehtiyatla: hamiləlik , laktasiya dövrü , qaraciyər çatışmazlığı , sianokobalaminin (vitamin B12) çatışmazlığının risk faktoru (xüsusilə, hipo və axlorhidriya fonunda). 

İstifadə qaydası və dozası :

daxilə qəbul olunur, tabletləri qırmaq və çeynəmək olmaz.

Tabletləri bütöv şəkildə az miqdarda maye ilə yeməkdən bilavasitə əvvəl , adətən səhər yeməyindən əvvəl udmaq lazımdır.İki dəfə qəbul zamanı ikinci dozanı axşam yeməyindən əvvəl qəbul etmək tövsiyə olunur. Həkimlə və ya əczaçıyla məshətləşmək mütləqdir hər halda.
   
Doz həddinin aşılması:

İ
nsanda doza həddinin aşılması simptomları məlum deyil . Müalicəsi xüsusi antidotu yoxdur.

Preparatın doza həddinin adi intoksikasiya əlamətləri ilə müşayiət olunan zamanı dezintoksikasion tədbirlər görülməlidir.Müalicəsi simptomatikdir. 


Bağırsaqda həll olan örtüklə örtülmüş 1 tabletin tərkibi : 

Aktiv maddə : Pantoprozol natrium seskvihidrat 22,55 mq və 45,10 mq(müvafik olaraq 20 mq və 40 mq pantoprozola ekvivalent ). 

Köməkçi maddələr:Mannitol , krospovidon , natrium-karbonat,susuz sorbital , kalsium stearat. 


Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.