SPAZMALQON

SPAZMALQON

7.74 AZN
Təsviri:
Ağ rəngdə tabletkalar
İstifadəsinə göstərişlər:
-Daxili orqanların saya əzələlərinin spazmları zamanı zəif və yaxud nəzərə çarpan ağrı sindromu.  
-böyrəkdaşı xəstəlikləri  
-sidik ifraz edən yolların ağrı və dizuriya ilə müşayiət olunan iltihab xəstəlikləri
-mədə və bağırsaq sancıları
-öddaşı xəstəlikləri
-öd yollarının diskineziyası
-ağrı ilə müşayiət olunan menstruasiya dövrü :
 
Əks göstərişlər   - Preparatın komponentlərinə qarşı allergiya ; 
- Mədə - bağırsaq keçməzliyi və meqakolon;   
- Öd və sidik kisəsinin atoniyası ; 
- Ağır böyrək və qaraciyər çatışmazlığı ; 
- Hematoloji xəstəliklər ( aqranulositoz və leykopeniya); 
 - Hamiləlik və laktasiya dövrü ; 
- Qlükoza -6-fosfatdehidrogenazın çatışmazlığı; 
- Porfiriya ;   
- Bağlı bucaqlı qlaukoma.
 
İstifadə qaydası və dozası:   
Tövsiyə olunan sutkalıq doza; 
-Böyüklər və 15 yaşından yuxarı olan uşaqlar üçün: gündə 2-3 dəfə 1-2 tablet. Maksimal sutkalıq doza - 6 tabletdir.   
-13 yaşından 15 yaşına qədər olan uşaqlar üçün : gündə 2-3 dəfə 1 tablet.Maksimal sutkalıq doza – 3 tabletdir.   
-9 yaşından 12 yaşına qədər olan uşaqlar üçün :gündə 2-3 dəfə 1/2 tablet şəklində.
Maksimal sutkalıq doza 2 tabletdir.
Müalicənin davamlılıq müddəti 3 gündən artıq olmamalıdır.Tabletləri yeməkdən sonra su ilə qəbul etmək məsləhətdir.

Əgər sizdə spazmalqon preparatının effektinin zəif və yaxud da ki, həddindən artıq güclü olması təəssüratı yaranırsa mütləq sizi müalicə edən həkimə və yaxud da əczaçıya müraciət edin.Əgər siz spazmalqon preparatını vaxtında qəbul etməyi unutmusunuzsa bu dərman vasitəsini ilk dozada qəbul etmək məsləhət deyildir.                                                                       


Təsiredici maddə:1 tabletin tərkibində metamizol-natrium 500 mq, pitofenon-hidroxlorid 5 mq, fenpiverinium bromide 0,1 mq . 
Köməkçi maddələr: laktoza monohidrat ,buğda nişastası, jelatin, talk, maqnezium-stearat, natrium-hidro karbonot. 

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.