Viburcol N

Viburcol N

9.48 AZN
 ağ rəngdə tabletkalar
İstifadəsinə göstərişlər :

qızdırma və ya qızdırmasız narahatlıq hissi keçirən körpələr və uşaqlar üçün şamlar; adi infeksiyaların simptomatik müalicəsi .  

Əks göstərişlər:

Çobanyastığına və ya mürəkkəbçiçəklilər ailəsinin (Asteraceae) digər bitkilərinə qarşı həssaslıq.  

İstifadə qaydası və dozası : 

Kəskin pozğunluqlarda 1 ədəd şam düz bağırsağa yeridilir və prosedur bir neçə dəfə təkrar edilir; ağrı zəiflədikdən sonra gündə 2-3 dəfə 1 şam.Yaşı 6 aylığa qədər olan ( doğulduğu gündən) körpələr üçün maksimum gündə 2 dəfə 1 şam.
   

Əlavə təsirləri :

 
çox nadir hallarda allergik dəri reaksiyaları ola bilər.  

Saxlanma şəraiti:

 şamları hətta qısa müddət ərzində 25C – dən artıq temperaturda saxlamaq olmaz, çünki bu,şamın komponentlərinin yumuşalmasına və əriməsinə səbəb ola bilər.Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.


Təsiredici maddələr:
1,1 – qramlıq 1 ədəd şamın tərkibi : Chamomilla recutita D1 2,2 mg; Atropa belladonna D2 1,1 mg ; Plantago major D3 1,1 mg ; Pulsatilla prantensis D2   

Köməkçi maddələr: bərk yağ.  
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.