VİTAMİN B COMPLEX

VİTAMİN B COMPLEX

2.27 AZN
Təsviri: Ağ rəngdə karton qutuda qablaşdırılıb
İstifadəsinə göstərişlər: Aşağıdakı xəstəliklərdə vitamin çatışmazlığı zamanı dərman maddələrinin inyeksion istifadəsinə ehtiyac olmadığı hallarda istifadə olunur.  
* mərkəzi və vegetativ sinir sisteminin xəstəlikləri : nevritlər(işias), polinevritlət (alkoqol, toksiki , postinfeksion) , diabetik polinevropatiya , nevralgiyalar , miasteniya (ağrılı əzələ zəifliyi),vernike ensefalopatiyası (baş beyinin xəstəliyi), vegetativ nevrozlar,asteniya ;  
* dəri xəstəlikləri : psoriaz, sistem qurdeşənəyi ,furunkulyozlar (çoxsaylı residdivverən furunkullar); 
* digər: stomatit (ağız boşluğunun selikli qişasının iltihabı), qlossit(dilin iltihabı),kolit(yoğun bağırsağın iltihabı) , spru(həzim traktının selikli qişasının iltihabı) , ateroskleroz, xroniki alkoqolizm, hepatitlər , anemiyalar , zəhərlənmələr.  

Əks göstərişlər: Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.II-III mərhələ arterial hipetoniya.  
İstifadə qaydası və dozası: müalicənin dozası və davametmə müddəti xəstəliyin ağırlıq dərəcəsindən və preparata qarşı dözümlülükdən asılı olaraq müalicə həkimi tərəfində müəyyən edilir.Böyüklər üçün doza gündə 2-3 dəfə , hər dəfə 1-2 tablet, 6 yaşdan böyük uşaqlar üçün isə  gündə 1-2 tabletdir.  
Saxlanma şəraiti: 25 C – dən aşağı temperaturda , orjinal qutusunda , quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Tərkibi  
Təsiredici maddə: 1 örtüklü tabletin tərkibində 5 mq tiamin-nitrat (B2 vitamini) , 1 mq Riboflavin (B2 vitamini)  , 4 mq piridoksin-hidroxlorid (B6 vitamini) , 50 mq nikotinamid ( PP vitamini) vardır. 
Köməkçi maddələr: buğda nişastası , mikrokristallik sellüloza , hidroksipropil sellüloza , stearin turşusu , talk , kolloidal silisium 4-oksid , opadray . 
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.