LOPRİL 20 mq

LOPRİL 20 mq

6.29 AZN

Lopril 20 mq tabletləri dairəvi, solğun çəhrayı rənglidir, hamar səthlidir, ortasında bölmə xətti vardır .  
Göstərişlər   
•  
Yüksək qan təzyiqi (hipertoniya).   
•  Ürək çatışmazlığı.   
•  Son vaxtlar ürək tütması (miokard infarktı)   
•  Yüksək qan təzyiqi olan şəxslərdə II növ diabet xəstəliyi nəticəsində yaranan böyrək problemləri. Lopril qan damarlarını genişləndirərək təsir göstərir.Bu, qan təzyiqinin aşağı endirilməsinə kömək edir.Bu, həmçinin ürəyin bədənin bütün hissələrinə qan vurulmasını asanlaşdırır.
   

Əks göstərişlər   
• Lizinoprilə,hidroxlortiazidə  və ya preparatın digər tərkib hissələrinə (Tərkibi bölməsində verilmişdir) qarşı allergiya(yüksək həssaslıq).   

• Anamnezində digər AÇF inhibitorlarına qarşı allergiyanın olması.Allergik reaksiya əələrin , ayaqların , topuqların , üzün, dodaqların, dilin və ya boğazın şişməsinə səbəb ola bilər.Bu, həmçinin udmanı və tənəffüsü də çətinləşdirə bilər.(angionevrotik ödem ).Bunun sizə aid olub olmadığından əmin deyilsinizsə , həkiminizə müraciət edin .
  
• Ailənizin hər hansı üzvünün naməlum səbəbdən AÇF inhibitorlarına qarşı kəskin allergik reaksiyası (angionevrotik ödem) olarsa.  

•  3 aydan artıq hamiləsinizsə ( bu dərmanı hamiləliyin ilkin dövründə qəbul edilməməsi məsləhətdir)  Əgər yuxarıdakı hallardan hər hansı biri sizə aiddirsə , LOPRİL tabletlərini qəbul etməyin.Əgər əmin deyilsinizsə , preparatın qəbulundan öncə həkiminizlə və ya əczaçınızla əlaqə saxlayın.  Əgər Lopril tabletləri ilə müalicəyə başladıqdan sonra uzun müddət davam edən quru öskürək yaranarsa , həkimizlə əlaqə saxlayın.  

İstifadə qaydası və dozası   
Dərman preparatını verilmiş göstərişlərə əsasən qəbul edin.Əgər dərmanın effektini çox zəif və ya çox güclü olduğunu hesab edirsinizsə , həkiminizlə və ya əczaçınızla məsləhətləşin.   Lopril preparatını həmişə dəqiq şəkildə həkiminizin sizə bildirdiyi şəkildə qəbul edin.Əmin olmadıqda həkimə müraciət etməlisiniz.  

LOPRİL preparatını qəbul etməyə başladıqda ,həkiminiz qan analizi apara bilər.Sonra isə dərmandan düzgün miqdarda qəbul etmək üçün həkiminiz dozanı tənzimləyə bilər 
 
• Tableti bir qurtum su ilə udun.   
• Dərmanı hər gün eyni vaxtda qəbul etməyə çalışın.Lopril preparatını yeməkdən əvvəl və ya sonra qəbul etmənizin fərqi yoxdur.  

• Lopril preparatını həkiminizin sizə bildirdiyi müddətə qəbul edin,bu uzun müddətli müalicədir.Lopril preparatının hər gün qəbul edilməsinin davam etdirilməsi vacibdir. 

Birinci dozanın qəbulu : 
birinci dozanı qəbul edən zaman və ya doza artırıldıqda xüsusilə diqqətli olun.Bu, qan təzyiqinin sonrakı dozalardan daha çox aşağı düşməsinə səbəb ola bilər.   Bu, başgicəllənməyə səbəb ola bilər.  Əgər bu hal baş verərsə,uzanmaq faydadlı ola bilər.Əgər narahat olsanız,mümkün qədər tez həkimizinlə əlaqə saxlayın.  

Doza.Böyüklər üçün:bu doza tibbi şəraitdən və digər dərmanlar qəbul edib-etməmənizdən aslıdır.Gündə neçə tablet qəbul etməli olduğunuzu həkiminiz sizə bildirəcəkdir.Əmin deyilsinizsə həkiminizə və ya əczaçınıza müraciət edin.   

• 
Yüksək qan təzyiqi olan pasiyentlər üçün – adi başlanğıc doza gündə bir dəfə 10 mq-dır.Adi uzunmüddətli doza gündə bir dəfə 20 mq-dır. Kliniki sınaqlarda istifadə olunan maksimum doza 80 mq/gün olmuşdur.  

 
• Ürək çatışmazlığı olan pasiyentlər üçün –adi başlanğıc doza gündə bir dəfə 2,5 mq-dır.Uzunmüddətli doza gündə bir dəfə 5-3,5 mq-dır. 
 
•  
Ürək tutmasından sonra – adi başlanğıc doza 24 saat ərzində 5 mq , bir gün sonra 5 mq , üçüncü və ya ürək tutmasından 48 saat sonra isə 10 mq-dır.Adi uzunmüddətli doza gündə 1 dəfə 10 mq-dır. 

• Diabet nəticəsində yaranan böyrək problemləri.Adi doza gündə bir dəfə ya 10 mq,yada 20 mq-dır.Əgər yaşlısınızsa , böyrək problemləriniz varsa və ya sidikqovucu dərmanlar qəbul edirsinizsə ,həkiminiz sizə adi dozada aşağı doza verə bilər.  

Yüksək qan təzyiqi olan uşaqlar və yeniyetmələr (6-16 yaş) üçün .  
• LOPRİL tabletlərinin 6 yaşdan aşağı uşaqlar və ya kəskin böyrək problemləri olan uşaqlar tərəfindən tövsiyə olunmur. 
 
• Həkim sizin uşağınız üçün düzgün dozanı müəyyən edəcəkdir.Doza uşağın bədən çəkisindən aslıdır.  

 • 20 kq və 50 kq arasında çəkisi olan uşaqlar üçün adi başlanğıc doza gündə 2,5 mq,maksimum doza isə 40 mq/gün-dür. 

• 50 kq-dan çox çəkisi olan uşaqlar üçün adi başlanğıc doza gündə 5 mq,maksimum doza isə 40 mq/gün-dür.   

Doza həddinin aşılması  Əgər siz LOPRİL preparatından həkiminizin təyin etdiyindən artıq miqdarda qəbul etsəniz, həkiminizlə əlaqə saxlayın və ya dərhal xəstəxanaya gedin.Aşağıdakı təsirlərin yaranması ehtimalı çoxdur:başgicəllənmə, ürək döyünmə. 
                                                 

Təsiredici maddələr: hər bir tabletin 20 mq lizinopril (dihidrat şəklində) vardır. 

Köməkçi maddələr: kalsium-hidrofosfat dihidrat, mannitol, qarğıdalı nişastası, jelatinləşdirilmiş nişasta, maqnezium-stearat, talk, susuz kolloidal silisium 4-oksid, sarı dəmir oksid piqmenti E172, qırmızı dəmir oksid piqmenti E 172. 
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.