NAZONEKS

NAZONEKS

22.85 AZN
 Ağ və ya praktiki olaraq ağ rəngdə , qeyri-şəffaf suspenziya;  

İstifadəsinə göstərişlər  
- Böyüklərdə və 2 yaşdan yuxarı uşaqlarda mövsümi və bütün ilboyu davam edən allergik rinitin müalicəsi.Orta və ağır dərəcəli allergik rinitin profilaktikasını nəzərdə tutulan tozlandırma mövsümün başlanmasından 2-4 həftə öncə keçirmək tövsiyə edilir.   

– Böyüklərdə (o cümlədən yaşlı xəstələrdə) və 12 yaşdan yuxarı uşaqlarda kəskin sinusit epizodlarının antibiotiklərlə müalicəsində köməkçi müalicəvi vasitə kimi.  

- Böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda ağır bakterial infeksiyanın əlamətləri olmadıqda kəskin rinosinusit simptomlarının müalicəsi. 
 
– Nazal poliplərin və bununla əlaqədar simptomların (burun tutulması və iyduymanın zəifləməsi daxil olmaqla) 18 yaşdan yuxarı xəstələrdə müalicəsi.   

Əks göstərişlər  
Preparatın təsiredici maddəsinə və köməkçi komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.  

İstifadə qaydası və dozası  
 
NAZONEKS nazal spreyin ilkin hazırlıq ʺkalibrlənməʺ-sindən sonra(dozalaşdırıcı cihazın üzərinə 6-7 dəfə basmaqla baş verir) dərman vasitəsinin stereotip verilməsi təyin edilir.Belə hallarda hər basılmada tərkibində 50 mkq mometazon (1 doza) olan təxminən 100 mq suspenziya xaric olunur.

Nazal sprey 14 gün və daha çox müddət ərzində istifadə olunmursa , təkrar ʺkalibrlənməʺ  tələb edilir. Hər istifadəsindən əvvəl flakon intensiv çalxalanmalıdır.Əgər taxma tutularsa , o zaman plastik qapaqcığı çıxartmaq lazımdır və ağ halqaya ehtiyyatla basmaqla taxmanı asanlıqla götürüb, soyuq su ilə yuyub ,qurudub və öz yerinə yerləşdirmək lazımdır. 

Mövsümi və bütün ilboyu davam edən allergik rinitin müalicəsi: böyüklər (o cümlədən yaşlı xəstələr) və 12 yaşdan yuxarı yeniyetmələr üçün preparatın tövsiyə edilən profilaktiv və müalicəvi dozası hər burun boşluğuna sutkada 1 dəfə 2 püskürtmə (hər biri 50 mkq) təşkil edir(ümumi sutkalıq doza -200 mkq). Müalicəvi effekt əldə edildikdən sonra dəstəkləyici müalicə üçün dozanın 1 püskürtməyə qədər azaldılması məqsədə uyğundur(sutkada 1 dəfə hər burun boşluğuna ,ümumi sutkalıq doza-100 mkq). 

Əgər preparatın tövsiyə edilən müalicəvi dozasının istifadəsində xəstəliyin simptomları azalmırsa,sutkalıq doza maksimal dozaya qədər artırıla bilər-hər burun boşluğuna sutkada 1 dəfə 4 püskürtmə (ümumi sutkalıq doza-400 mkq).Xəstəliyin simptomları zəiflədikdə dozanın azaldılması tövsiyə edilir.Preparatın ilk istifadəsindən sonra kliniki təsiri 12 saat ərzində qeyd olunur.Kliniki effekti əldə etmək üçün dərman vasitəsini müntəzəm istifadə etmək lazımdır. Effekt dərhal olmadığı haqda xəstəyə xəbər vermək lazımdır. 

 2 – 11 yaşlı uşaqlar üçün tövsiyə edilən müalicəvi doza hər burun boşluğuna sutkada 1 dəfə 1 püskürtmə (50 mkq) təşkil edir(ümumi sutkalıq doza – 100 mkq). Kəskin sinusit epizodlarının köməkçi müalicəsi.Böyüklər(o cümlədən yaşlı xəstələr) və 12 yaşdan yuxarı uşaqlar üçün preparatın tövsiyə edilən müalicəvi dozası hər burun boşluğuna sutkada 2 dəfə 2 püskürtmə (hər biri 50 mkq) təşkil edir(ümumi sutkalıq doza -400mkq).Əgər preparatın tövsiyə edilən müalicəvi dozasının istifadəsində xəstəliyin simptomları azalmır, sutkalıq doza hər burun boşluğuna sutkada 2 dəfə 4 püskürtməyə qədər artırıla bilər(ümumi sutkalıq doza - 800 mkq) . Xəstəliyin simptomları zəiflədikdə dozanın azaldılması tövsiyə edilir.  

Kəskin rinosinusit .Böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün preparatın tövsiyə edilən müalicəvi dozası hər burun boşluğuna sutkada 2 dəfə 2 püskürtmə (hər biri 50 mkq) təşkil edir(ümumi sutkalıq doza – 400  mkq).  

Nazal poliplər.18 yaşdan yuxarı xəstələr üçün preparatın tövsiyə edilən müalicəvi dozası hər burun boşluğuna sutkada 2 dəfə 2 püskürtmə  (hər biri 50 mkq) təşkil edir(ümumi sutkalıq doza -400 mkq).Kliniki effekt əldə edildikdən sonra dozanın azalması tövsiyə edilir-hər burun boşluğuna sutkada 1 dəfə 2 püskürtmə (ümumi sutkalıq doza-200 mkq).  



Təsiredici maddə:spreyin 1 dozasında 50 mkq mometazon furoata (susuz) ekvivalent miqdarda mometazon furoat monohidrat daxildir. 

Köməkçi maddələr:dispers sellüloza,qliserin,natrium sitrat dihidrat,lumu turşusu,polisorbat-80,benzalkonium xlorid,təmizlənmiş su .  
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.