AURİS

AURİS

13.62 AZN
Təsviri: maye halında,şəffaf
Göstərişlər   
- xarici otit(məsələn,xarici qulaq keçəcəyinin infeksiyalaşmış ekzeması zamanı);   
- orta otit (təbil pərdəsi zədələnmədiyi hallarda) ;  
- qulaqda aparılmış cərrahi əməliyyatlardan sonrakı hallarda  

Əks göstərişlər   
Preparatın komponentlərinə və ya digər aminoqlikozidlərə qarşı yüksək həssaslıq; təbil pərdəsinin zədələnməsi.   
Dozalanma rejimi  Preparatı istifadə etməzdən qabaq çalxalamaq,qulağa soyuq mayenin düşməsindən meydana gələn xoşagəlməz vəziyyətin baş verməməsi üçün əldə qızdırmaq məsləhət görülür.  Böyüklərdə qulaq seyvanını yuxarıya və geriyə ,uşaqlarda isə aşağıya və geriyə doğru çəkmək lazımdır. AURİS preparatını 3 damcıdan sutkada 3-4 dəfə ,5-7 gün ərzində təyin edilir.Qulağın birinə preparatı damlatdıqdan sonra başı 2-3 dəqiqə əks tərəfə çevirmək lazımdır.  
Doza aşımı  Ümumi qan dövranına absorbsiya olunması aşağı dərəcədə olduğundan doza aşımı ehtimalı çox aşağıdır.  
Saxlanma şəraiti   Uşaqlar üçün əlçatmaz və qaranlıq yerdə,25°C-dən aşağı temperaturda saxlanılmalıdır.
Tərkibi   
Preparatın hər 1 ml-də:   Polimiksin B sulfat-10000 TV;   Neomisin sulfat-5 mq;  Hidrokortizon asetat-10 mq;   Lidokain hidroxlorid-30 mq vardır.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.