BİSAKODİL-XEMOFARM

BİSAKODİL-XEMOFARM

1.00 AZN
Təsviri  : Sınma səthi ağ rəngli,ikitərəfli qabarıq,yumru,açıq-çəhrayı rəngli örtüklü tabletlər. 
                                              

İstifadəsinə göstərişlər   Müxtəlif mənşəli qəbizliklər(yataq xəstələrində vərdiş olunmuş və xroniki qəbizliklər,yaşlı insanlarda vərdiş olunmuş qəbizliklər,qidalanma rejiminin dəyişməsi nəticəsində baş verən qəbizliklər,əməliyyatsonrası qəbizliklər və s.)
.Diaqnostik və ya cərrahi prosedurlara (rektoskopiya,xolesistoqrafiya,uroqrafiya və ya qarın boşluğunun,onurğa sütununun bel-oma şöbəsinin radioloji tədqiqi)   

Əks göstərişlər:
Preparatın komponentinə qarşı yüksək həssaslıq.Qarın boşluğunun kəskin xəstəlikləri (bağırsağın çevrilməsi,bağırsaq keçməzliyi,appendisit).Kron xəstəliyi ,qeyri-spesifik xoralı kolit,mədə-bağırsaq qanaxması və ya güclü susuzlaşma.  İstifadə qaydası və dozası: Xroniki qəbizliyi olan 10 yaşlı və ondan kiçik uşaqlarda preparatla müalicə həkimin müşahidəsi altında aparılmalıdır.4 yaşa qədər uşaqlarda preparat istifadə edilməməlidir.  Qəbizliklərin qısamüddətli müalicəsi:Böyüklər və 10 yaşdan böyük uşaqlar :gündə 1 dəfə 5-10 mq (1-2 tablet) daxilə qəbul edilir(adətən yuxudan əvvəl).  4-yaşdan 10 yaşa qədər uşaqlar:gündə 1 dəfə 5 mq (1 tablet) daxilə qəbul edilir (adətən yuxudan əvvəl).  Yoğun bağırsağın diaqnostik və ya cərrahi prosedurlara hazırlanması zamanı   Preparat yalnız müalicə həkiminin müşahidəsi altında qəbul edilməlidir.  Böyüklər və 10 yaşdan böyük uşaqlar:prosedurdan 1 gün əvvəl 10 mq(2 tablet) səhər və 10 mq(2 tablet) axşam daxilə qəbul edilir.Adətən prosedur günündə Bisakodilin rektal suppozitoriya şəklində əlavə istifadəsi tövsiyə edilir.   4 yaşdan 10 yaşa qədər uşaqlar: prosedurdan 1 gün əvvəl axşam 5 mq(1 tablet)daxilə qəbul edilir.Adətən prosedur günündə Bisakodilin rektal suppozitoriya şəklində əlavə istifadəsi tövsiyə edilir.  
Ahıl yaşlı pasiyentlər ,böyrək və ya qaraciyər funksiyaları pozulmuş pasiyentlər   
Dozaya düzəliş edilməsi tələb olunmur.   

İstifadə qaydası  : Tabletləri bütöv şəkildə (çeynəmədən və xırdalamadan),çoxlu miqdarda su ilə içərək udmaq lazımdır.   Doza həddinin aşılması  Bisakodilin doza həddinin aşılması zamanı pasiyentlərdə diareya,qarında spazm,maye və elektrolitlərin (hipokaliemiya) disbalansı müşahidə edilmişdir.  Müalicəsi:Absorbsiyanı azaltmaq üçün qusma törətmək və ya mədəni yumaq lazımdır.Spesifik antidotu olmadığı üçün simptomatik müalicə aparmaq,həmçinin su-elektrolit balansını korreksiya etmək və spazmolitik vasitələr təyin etmək lazımdır.  
Saxlanma şəraiti:25°C-dən yüksək olmayan temperaturda ,orjinal qablaşdırılmasında saxlamaq lazımdır.Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.                   
Tərkibi   
Təsiredici maddə:1 tabletin tərkibində 5 mq bisakodil vardır.   
Köməkçi maddələr:kartof nişastası , laktoza monohidrat ,talk , maqnezium-stearat,jelatin,saxaroza,metilsellüloza,polisorbat 80 (Tvin-80) ; 
 Örtük:şellak,asetilftalat sellüloza,polisorbat 20 ,akasiya kitrəsi,saxaroza,talk,al qırmızı boya(Ponso 4R)(E124) 
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.