Bisoqamma 5 mq

Bisoqamma 5 mq

4.62 AZN
Bir tərəfində xətti olan açıq-sarımtıl rəngli örtüklü tabletlərdir.  
  

İstifadəsinə göstərişlər   

Arterial hipertenziya ,stenokardiya tutmalarının profilaktikası. 

Əks göstərişlər  

-Kliniki olaraq aydın nəzərə çarpan ürək çatışmazlığı :   
-Kardiogen şok;  
-II və III dərəcəli atrioventrikulyar blokada ; 
-Sinus düyününün zəifliyi sindromu :   
-Sinoatrial blokada;  
-Aydın nəzərə çarpan bradikardiya ;   
-Arterial hipotenziya(sistolik təzyiqin 90 mm.c.süt-dan aşağı olması );   
-Metabolik asidoz ;  
-Bronxospazma meyillik (branxial astma,tənəffüs yollarının obstruktiv xəstəlikləri); 
-Periferik qan dövranı pozğunluğunun gecikmiş mərhələləri ;  
-MAO inhibitorları ilə birlikdə istifadə (MAO-B inhibitorları istisna olmaqla);  
-Beta-adrenoblokatorlara və preparatın digər komponentlərinə yüksək həssaslıq;  
-Prinsmetal stenokardiyası; 
-Yaşın 18 –dən az olması;   

İstifadə qaydası və dozası 

 
Preparatın dozası əvvəlcə az olmalı və tədricən artırılmalıdır.Hər bir halda müalicənin effekti və nəbzin göstəriciləri nəzərə alınmaqla preparat fərdi qaydada təyin olunmalıdır.Tablet səhərlər acqarnına və ya səhər yeməyi zamanı çeynənilmədən və kifayət qədər su ilə qəbul edilməlidir.  Arterial hipertenziyalarda  Başlanğıc doza gündə 5 mq təşkil edir.Zəif nəzərə çarpan arterial hipertenziyalarda  (ÜST təsnifatına görə I dərəcəli;diastolik təzyiq 105 mm.c.süt-na qədər) 2,5 mq  (5 mq-dan 1/2 tablet) da kifayət edə bilər.Lazım olan hallarda sutkalıq doza 10 mq-a qədər artırıla bilər.Dozanın növbəti artırılmasına istisna hallarda və həkim nəzarəti altında icazə verilir.  
Gərginlik stenokardiyası   Gündə 5 mq təyin edilir.Lazım olan hallarda doza gündə 10 mq-a qədər artırıla bilər.Dozanın növbəti artırılmasına istisna hallarda və həkim nəzarəti altında icazə verilir.  Qaraciyər və böyrək çatışmamazlığı zamanı dozaların seçilməsi  Zəif və cüzi nəzərə çarpan qaraciyər və böyrək çatışmazlığında və ya böyrək xəstəliklərində dozanın yenidən seçilməsinə bir qayda olaraq ehtiyac olmur.Böyrəklərin funksiyasının aydın nəzərə çarpan çatışmazlığında (kreatinin klirensi 20 ml/dəq-dən az olduqda) və qaraciyərin ağır zədələnmələri olan xəstələrdə sutkalıq doza 10 mq-dan çox olmamalıdır. Müalicənin davam etmə müddəti zamanla məhdudlaşmayıb xəstəliyin növü və ağırlığından aslıdır.Gərginlik stenokardiyasının müalicəsində preparatı qəflətən dayandırmaq məsləhət görülmür,onun dozasını tədricən (7-10 gün ərzində) azaltmaq lazımdır,belə ki ,preparatın qəbulunun qəflətən dayandırılması xəstəliyin kəskinləşməsinə gətirib çıxara bilər.   

Doza həddinin aşılması  

İntoksikasiyanın əlamətləri isntoksikasiyanın dərəcəsindən aslıdır.Klinik mənzərə ürək-damar və mərkəzi sinir sisteminin simptomları ilə xarakterizə olunur.Böyük dozanın qəbulu ürəyin dayanmasına,ürək çatışmamazlığına,kardiogen şoka gətirib çıxaran ağır arterial hipotenziya,bradikardiyaya səbəb ola bilər.Tənəffüsün çətinləşməsi ,bronxospazm,qusma,huşun pozulması,bəzi hallarda isə yayılmış qıcolmalar meydana çıxır.  
Müalicəsi: Böyük doza qəbulunun aydın nəzərə çarpan simptomlarının təzahür etməsi və ya ürək vurğuları sayının təhlükəli həddə qədər azalması,arterial təzyiqin enməsi zamanı təcili olaraq preparatın qəbulu dayandırılır.Əgər preparatın qəbulundan çox vaxt keçməyibsə,onda preparatın orqazimdən xaric olunmasına(qusmanın törədilməsi,mədənin yuyulması),onun sorulmasının qarşısının alınmasına yönəldilmiş tədbirlər(aktivləşdirilmiş kömür,işlətmə dərmanları)həyata keçirilir.   İntensiv terapiya şəraitində həyati funksiyalara : su və elektrolit balansına,qanda şəkərə,sidiyin tərkibinə diqqətlə nəzarət olunur.Lazım olan hallarda müvafiq korreksiya aparılır.Bəzi hallarda süni tənəffüs tətbiq olunur. 
Antidotlar   
Atropin:0,5-2 mq,bolyus inyeksiyalarla vena daxilinə ; Qlükaqon:əvvəlcə 1-10 mq vena daxilinə,sonra hər saat 2-2,5 mq damcı üsulu ilə vena daxilinə;  Simptomatik preparatların təyini bədən çəkisindən və arzu olunan effektdən asılıdır.dopamin,dobutamin,izoprenalin,oksiprenalin,adrenalin.   Müalicəyə rezistentlik olan bradikardiyalarda peysmekerdən istifadə oluna bilər.Bronxospazm zamanı aerozol şəklində beta-2 simpatomimetiklər (kifayət qədər effekt olmadıqda vena daxilinə yeridilir) və ya vena daxilinə aminofilin yeridilir.  Yayılmış qıcolmalar meydana çıxdıqda vena daxilinə yavaş sürətlə  diazepam yeridilməsi məsləhət görülür.   

Saxlanma şəraiti:

+25°C-dən yüksək olmayan temperaturda ,qaranlıqda və uşaqların əli çatmayan yerdə saxlanmalıdır. 

Aptekdən buraxılma şərti-resept əsasında buraxılır.

Təsiredici maddə:Bir tabletin tərkibində 5 mq bisoprolol-hemifumarat vardır.  

 Köməkçi maddələr:Krospolividon,qarğıdalı nişastası,mikrokristallik sellüloza,kolloidal silisium 4-oksid,maqnezium-stearat ,makroqol 600,polisorbat 20 ,titan 4-oksid , kalsium-karbonat,talk,sarı dəmir oksidi(III)(E 172) , hipromelloza(HPMS 5),hipromelloza (HPMS 50) .
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.