ATORİS

ATORİS

5.88 AZN

Atoris 10mq və 20mq - Ağ rəngli, girdə, hər iki tərəfi zəif qabarıq, örtüklü tablet
Atoris 40 mq - Ağ rəngli, girdə, zəif qabarıq, qabıq örtüklü tablet





Əks göstərişlər 

- preparatın hər bir komponentinə yüksək həssaslıq;
- aktiv fazada olan qaraciyər xəstəlikləri
- qaraciyər çatışmazlığı
- qaraciyər serrozu
- “qaraciyər” transaminazaların aktivliyinin artması
- skelet əzələlərinin xəstəlikləri
- hamiləlik və laktasiya dövrü
- 18 yaşa qədər xəstələlər

İstifadə qaydası və dozası 

Atorislə müalicədən əvvəl xəstə qanda lipidlərin miqdarını azaldan pəhrizə keçirilməlidir və preparatla müalicə dövründə pəhrizə riayət olunmalıdır.
Preparat qidanın qəbulundan asılı olmayaraq daxilə təyin olunur (aç qarına və ya yeməkdən sonra). Tövsiyə olunan doza – hər gün 10mq. Tələb olunan effektən asılı olaraq sutkalıq doza 80mq-a qədər artırılmalıdır.Atoris bir dəfə günün istənilən vaxtında, lakin hər gün eyni vaxtda qəbul olunmalıdır. Əhəmiyyətli terapevtik effekt müalicənin iki həftəsindən sonra, maksimal effekt isə 4 həftədən sonra qeyd olunur. Bu səbəbdən dozanı 4 həftədən tez dəyişmək məsləhət görülmür.
İlkin hiperxolisterinemiya (tip IIa) və qarışıq hiperlipidemiya (tip IIb).
Müalicə tövsiyə olunmuş başlanğıc dozadan başlayır, sonra xəstənin reaksiyasından asılı olaraq 4 həftədən sonra doza artırılır. Maksimal sutkalıq doza – 80mq-dır.
Homoziqot irsi hiperxolesterinemiya.
Dozaların diapazonları digər hiperlipidemiyalardakı kimidir. Başlanğıç doza xəstəliyin aydın ifadə olunmasından asılı olaraq fərdi seçilir. Homoziqot irsi hiperxolesterinemiya olan əksər xəstələrdə optimal effekt preparatı 80mq sutkalıq (bir dəfə) doza ilə istifadə etdikdə müşahidə olur. Atoris digər müalicə üsullarına əlavə terapiya kimi və ya digər üsullarla müalicə mümkün olmadıqda əsas müalicə vasitəsi kimi istifadə olur.
Yaşlı şəxslərdə və böyrək xəstəlikləri olan xəstələrdə Atorisin dozasını dəyişmək olmaz.
Preparatın orqanizmdən xaric olmasının ləngiməsi ilə əlaqədar olaraq qaraciyər funksiyasının pozulmaları olan xəstələrdə ehtiyatlılıq tələb olunur. Belə vəziyyətdə kliniki və laborator göstəricilərə diqqətlə nəzarət olunmalıdır və əhəmiyyətli dərəcədə patoloji dəyişikliklər aşkar olunduqda doza azaldılmalıdır və ya müalicə dayandırılmalıdır.

Doza həddinin aşılması 

Doza həddinin aşılması hallarında aşağıdaki ümumi tədbirlər lazımdır:
Monitorinq və həyati funksiyaların dəstəklənməsi, preparatın sonrakı sorulmasının qarşısının alınması (mədənin yuyulması, aktivləşdirilmış kömürun və ya işlədici vasitələrin qəbulu). Miopatiyanın və kəskin böyrək çatışmazlığın inkişafı zamanı preparatın istifadəsi dərhal dayandırılmalıdır, xəstəyə isə diuretik və natrium hidokarbonatın məhlulu yeridilməlidir. Ehtiyac olduqda hemodializdə aparılmalıdır. Rabdomioliz hiperkaliyemiya ilə nəticələnə bilər. Bunu aradan qaldırmaq üçün kalsium xlorid və ya kalsium qlükonat, qlükoza ilə insulinin infuziyası vendaxili yeridilməlidir, ağır hallarda hemodializ aparılmalıdır. Atorvastatin əhəmiyyətli dərəcədə qan plazmasının zülalları ilə birləşdiyindən bu maddəni orqanizmdən xaric edilməsi üçün hemodializdən istifadə etmə nisbətən az effektivdir.

Saxlanılma şəraiti:

B siyahısı. 25°C- dən aşağı temperaturda , quru, uşaqların əli çatmayan yerdə saxlanılmalıdır

Aptekdən buraxılma şərti: Resept əsasında buraxılır.



Atoris 10mq və ya 20mq-1 örtüklü tabletin tərkibində:
Təsiredici maddə:Atorvastatin 10mq və ya 20mq kalsium duzu şəklində
Köməkçi maddəllər:Povidon, natrium-laurilsulfat, kalsiyum-karbonat, mikrokristallik sellüloza, laktoza monohidrat, natrium-kroskarmeloza, maqnezium-stearat, talk, titan-dioksid
(E 171 ), makroqol 3000, polivinil spirti.
Atotis 40 mq – 1 qabıq ilə örtülən tabletin tərkibində:
Təsiredici maddə:Atorvastatin 40 mq kalsium duzu şəklində
Köməkçi maddəllər:Povidon, natrium-laurilsulfat, kalsiyum-karbonat, mikrokristallik sellüloza, laktoza monohidrat, natrium-kroskarmeloza, krospovidon, maqnezium-stearat, titan-dioksid
(E 171 ), makroqol 400, hypromelloza.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.