ESCOLAN-SANOVEL

ESCOLAN-SANOVEL

10.51 AZN
Ağ rəngdə ,qoxusuz tabletlər                             

İstifadəsinə göstərişlər

Atorvastatin pəhrizlə birlikdə birincili hiperxolesterinemiya, heteroziqot və homoziqot ailəvi və qeyri-ailəvi hiperxolesterinemiya və kombinəedilmiş hiperlipidemiyalı xəstələrdə dietoterapiya və digər qeyri-farmakoloji metodlar kifayət dərəcədə effekt vermədikdə ümumi xolesterinin, xolesterinin/ASLP-in, apolipoprotein B-nin və triqliseridlərinyüksəlmiş ümumi səviyyələrini aşağı salmaq üçün göstərişdir. 

Əks göstərişlər

• preparatın tərkib komponentlərinə qarşı həssaslığın artması;
• qaraciyərin aktiv xəstəlikləri və ya transaminazaların zərdab aktivliklərinin artması (normanın yuxarı sərhədi ilə müqayisədə 3 dəfədən çox);
• hamiləlik və laktasiya dövrü.
Preparat hamiləlik əleyhinə müvafiq metodlardan istifadə etməyən reproduktiv yaşlı qadınlara təyin edilmir.

İstifadə qaydası və dozası

Xəstəyə atorvastatin təyin etməzdən əvvəl standart hipolipidemik pəhriz tövsiyə etmək lazımdır. Başlanğıc doza 10 mq/gün-dür. Doza xolesterinin / ASLP-in ilkin səviyyəsi, terapiyanın məqsədi və fərdi effektdən asılı olaraq təyin edilir. Dozanı 4 həftədə bir dəfə və daha çox uzun fasilə ilə artırmaq lazımdır. Maksimal doza 80 mq/gün-dür. Preparatı günün istənilən vaxtında, qida ilə birlikdə və ya qida qəbulundan asılı olmayaraq qəbul etmək olar. 

Saxlanma şəraiti :

25°C-dən yüksək olmayan temperaturda ,qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 
Aptekdən buraxılma şərti:Resept əsasında buraxılır
 

Təsiredici maddə: 1 tabletin tərkibində 40 mq atorvastitinə müvafiq gələn kalsium 
atorvastatin vardır.

Köməkçi maddələr:titan 4-oksid
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.