KORQLİKON

KORQLİKON

1.30 AZN
blisterdə olur.blisterlər karton qutuya yerləşdirilir.
İstifadəsinə göstərişlər

  
Kəskin və xroniki ürək çatışmazlığı (üskükotu preparatlarına qarşı dözümsüzlük olduğu hallarda).  

Əks göstərişlər

  
Preparatın komponentlərinə qarşı,həmçinin digər ürək qlikozidlərinə qarşı yüksək həssaslıq.Diastolik funksiyanın pozulmasında ürək çatışmazlığı , miokard infarktı,müxtəlif dərəcəli atrioventrikulyar blokada,bradikardiya ,ekstrasistoliya,ritmin implantasiyaedici aparıcısı olmadığı hallarda sinus düyününün zəiflik sindromu , qeyri-stabil stenokardiya ,karotid sinusun hiperhəssaslıq sindromu.Kəskin miokardit ,endokardit,hipertrofiyalı obstruktiv kardiomiopatiya,konstriktiv perikardit.Aortanın döş hissəsinin anervrizmi,ayrıca mitral stenoz,WPW(Volf-Parkinson-Uayt sindromu) sindromu.Hiperkalsiemiya ,hipokaliemiya,qlikozid intoksikasiyası.  

İstifadə qaydası və dozası

  
Korqlikon venadaxili yeridilir.Yeritmə ləng,5-6 dəqiqə ərzində sutkada 1-2 dəfə keçirilir(preparat yalnız 10-20 ml izotonik natrium-xlorid məhlulunda həll edilir).Böyüklərə 0,5-1 ml birdəfəlik doza yeridilir,2-5 yaşlı uşaqlara-0,2-0,5 ml ; 6-12 yaşlı-0,5-0,75 ml.Sutkada 2 dəfə yeritmə zamanı inyeksiaarası fasilə 8-12 saat təşkil edir.Böyüklər üçün venadaxili maksimal dozaları:birdəfəlik-1 ml;sutkalıq-2 ml.   

Doza həddinin aşılması 

 
Doza həddi aşıldıqda aşağıdakı simptomlar əmələ gələ bilər:   Ürək-damar sistemində:aritmiyalar,o cümlədən bradikardiya,atrioventrikulyar blokada,mədəcik taxikardiyası və ya ekstrasistoliya,mədəciklərin fibrillyasiyası.   Həzm sistemində:anoreksiya,ürəkbulanma,qusma,diareya.  Mərkəzi sinir sistemində və hissi üzvlərində:baş ağrısı,yüksək yorğunluq,nadir hallarda-rənglərin qavranılmasının pozulması,görmə itiliyinin zəifləməsi,skotomalar,makro və mikropsiya,çox nadir hallarda şüurun qarışması,sinkopal hallar.  Müalicəsi:Qlikozid intoksikasiyanın yaranmasında,aritmiyaların əmələ gəlməsində kalium preparatları venadaxili damcı üsulu ilə yeridilir,yaxşı olar ki,insulinsiz(qan zərdabında kaliumun konsentrasiyası 5mEq/l olduğu zaman yeritmə ləğv edilir).AV- keçiriciliyinin pozulması zamanıkalium preparatları əks göstərişdir.Nəzərə çarpan bradikardiya zamanı atropin sulfat məhlulu təyin edilir(ilk 2 günərzində preparat xəstənin 10 kq bədən kütləsinə 0,05 q hesabı ilə sutkada 3-4 dəfə dərialtı yeridilir(5%-1ml),sonra isə korqlikonun kardiotoksik təsirinin ləğv olunmasına qədər sutkada 1-2 dəfə).Müalicəsi simptomatikdir.  

Saxlanma şəraiti :

25°C-dən yüksək olmayan temperaturda ,qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

Aptekdən buraxılma şərti:Resept əsasında buraxılır

Təsiredici maddə:1 ml məhlulun tərkibində 0,6 mq korqlikon vardır. 

Köməkçi maddələr:xlorbutanol hemihidrat , inyeksiya üçün su
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.