LİVAROL

LİVAROL

6.96 AZN
Ağ, sarımtıl və ya bozumtul və ya kreməoxşar çalarlı ağ rəngdə ,torpedovarı formalı suppozitoriyalar.

Səthin mərmərəbənzər olmasına yol verilir.  


İstifadəsinə göstərişlər   

Kəskin və xroniki qayıdan vaginal kandidozun müalicəsi.

Orqanizmin aşağı rezistenliyi zamanı və uşaqlıq yolunun mikroflorasını pozan antibakterial vasitələr və digər preparatlarla müalicə fonunda uşaqlıq yolunun göbələk infeksiyalarının yaranmasının profilaktikası.  

Əks göstərişlər  

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.Hamiləlik  (I trimestr)   

İstifadə qaydası və dozası 

 
Suppozitoriyanı konturlu qablaşdırmadan qabaqcadan çıxararaq onu sutkada 1 ədəd xəstəliyin gedişindən asılı olaraq 3-5 gün ərzində bel üstdə uzanmış vəziyyətdə uşaqlıq yoluna dərinə daxil edirlər.

Xroniki kandidoz zamanı 10 gün ərzində gündə bir suppozitoriya. 


Tərkibi  Təsiredici maddə :bir vaginal suppozitiyanın tərkibində 400 mq ketokonazol vardır. 

Köməkçi maddələr:butilhidroksianizol,suppozitoriya əsası:makroqol-1500,makroqol-400.  
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.