Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

LİV-52

10.90 AZN
LİV-52
İstifadəsinə göstərişlər:
1. Müalicə və profilaktika məqsədi ilə:
- virus hepatiti;
- qaraciyərin alkoqol xəstəlikləri;
- preserrotik və başlanğıc mərhələlərdə serrotik hallar;
- zülal çatışmazlığı;
- iştahanın olmaması;
- kimyəvi və şüa mənşəli qaraciyər zədələnmələri.
2. Hepatotoksik preparatların istifadəsi zamanı.
3. Uzunmüddətli xəstəliklər zamanı və sağalma dövrünün bazis müalicəsində işlənilən maddə kimi.
 

Əks göstərişlər: Preparatın komponentlərinə qarşı hiperhəssaslıq.
İstifadə qaydası və dozası:
Vərəm əleyhinə müalicəgündə 2 dəfə 2 tablet daxilə qəbul olunur (vərəm əleyhinə preparatlarla birlikdə).
Kəskin virus hepatiti: uşaqlarda: gündə 3 dəfə 1 tablet, 
böyüklərdə: gündə 3 dəfə 2 tablet.
Sirroz: 6-12 ay müddətində, gündə 3 dəfə 2 tablet.
Xroniki hepatit: 6 ay müddətində, gündə 3 dəfə 2 tablet.
Qaraciyərin xroniki alkoqolizmi: 1 ay müddətində, gündə 3 dəfə 2 tablet, sonra 6-12 ay müddətində, gündə 3 dəfə 1 tablet.
Anoreksiya və kütlənin azalması zamanı: uşaqlarda: gündə 3 dəfə 1 tablet. böyüklərdə: gündə 3 dəfə 2 tablet.
Gündəlik profilaktik məqsədlə: gündə 2 dəfə 2 tablet.
Əlavə təsirləri: Aşkar olunmayıb. 

Saxlanma şəraiti: +25ºC-dək temperaturda, işıqdan qorunmaqla, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Dondurmaq olmaz.
Aptekdən buraxılma şərti: Rеsеpt əsasında.
Tərkibi:
Təsiredici maddələr: Hər tabletin tərkibində toz şəklində 65 mq Capparis spinosa, 65 mq Cichorium intybus, 33 mq Mandur bhasma, 32 mq Solanum nigrum, 32 mq Terminalia arjuna, 16mq Cassia occidentalis, 16 mq Achillea millefolium, 16 mq Tamarix gallica vardır.
Təsiredici maddələrdən ibarət tərkib aşağıdakı dərman bitkilərindən alınan ekstraktın buxarı ilə işlənmişdir: Eclipta alba, Phyllanthus amarus, Boerhaavia diffusa, Tinospora cordifolia, Raphanus sativus, Emblica officinalis, Plumbago zeylanica, Embelia ribes, Terminalia chebula, Fumaria officinalis.
Köməkçi maddələr: maqnezium-stearat, mikrokristallik sellüloza, natrium kroskarmelloza, kolloidal silisium 4-oksid.