SİNUPRET

SİNUPRET

9.64 AZN

Daxilə qəbul üçün damcı: təmiz sarımtıl-qəhvəyi acı dadlı, aromat iyli, saxlama zamanı bir az çöküntü yarada bilən mayedir.

Draje: yaşıl, dairəvi, iki tərəfi qabarıq, hamar səthli tabletlər.

İstifadəsinə göstərişlər:

Tənəffüs yollarından özlü seliyin axması ilə müşayiət olunan kəskin və xroniki sinusitlər.

 
Əks göstərişlər:

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək fərdi həssaslıq.

 
İstifadə qaydası və dozası:

·  12 yaşlı yeniyetmələrə və böyüklərə: gündə 3 dəfə 50 damcı və ya 2 draje daxilə qəbul edilir.
·  6-11 yaşlı uşaqlara: gündə 3 dəfə 25 damcı və ya draje.
·  2-5 yaşlı uşaqlara: gündə 3 dəfə 15 damcı.
Sinupret drajelərini bol su ilə çeynəmədən qəbul etmək lazımdır.
Əgər müalicə kursu müddətində (7-14 gün) simptomlar dəyişməzsə və ya  kəskinləşərsə onda öz həkiminizlə məsləhətləşin.

Saxlanma şəraiti: 

25°C -dən yuxarı olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Damcı:

Tərkibi:
 

100 q damcının tərkibində aşağıdakı növ bitki dərman xammallarının 29 q ekstraktı vardır:
·  Gentiane radix - 0.2 q
·  Primulae flos - 0.6 q
·  Rumicis herba - 0.6 q
·  Sambuci flos - 0.6 q
·  Verbenae herba - 0.6 q
·  Tərkibində 19 həcm%-i etanol vardır.

Köməkçi maddələr: distillə olunmuş su.
 

Draje:

1 drajenin tərkibinə daxildir:

·  Gentiane radix – 6 q
·  Primulae flos – 18 mq
·  Rumicis herba – 18 mq
·  Sambuci flos – 18 mq
·  Verbenae herba – 18 mq

Köməkçi maddələr: 

kalsiumkarbonat, jelatin, mayeləşdirilimiş qlükoza, kartof unu, laktoza monohidrat, qarğıdalı nişastası, adi nişasta, maqnezium-oksid, motan glikol, natrium-karbonat, povidon K25, gənəgərçək yağı, saxaroza, şellak, koloidal susuz silisium 4-oksid, eudrahit E12.5, alüminium duzu, indiqo, alüminium-oksid, titan 4-oksid, saf su.
 
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.