Otipaks (Otipax)

Otipaks (Otipax)

8.59 AZN
Təsviri : Otolorinqologiyada istifadə üçün kombinəolunmuş preparat.
İstifadəsinə göstərişlər:
Yerli simptomatik müalicə və aşağıda geyd olunan hallarda, ağrısızlaşdırma məgsədi ilə:
Orta qulaq otitinin kəskin dövrü;
Qripin ağırlaşması nəticəsində baş verən otit;
Barotravmatik otit.
Əks göstərişlər:
Təbil pərdəsinin yoluxucu və ya travmatik zədələnməsi.Preparatın komponentlərindən hər hansı birinə qarşı hiperhəssaslıq .
İstifadə qaydası və dozası:
Böyüklərə və uşaglara ,doğulduğu ilk gündən, xarici qulaq keçidinə gündə 2-3 dəfə 4 damcı damızdırmaq lazımdır.Müalicə müddəti 10 gündən artıq olmamalıdır. Damızdırmaqdan əvvəl ağ qapağı açmaq və damızdırıcını bağlamaq lazımdır. Flakonu çevirərək ,damızdırıcının orta hissəsindən yüngülcə sıxaraq, 4 damcı damızdırmaq lazımdır. İstifadədən sonra ,damızdırıcının ağ başlığını bərk bağlayıb,flakonu qutuya qoymaq lazımdır.
Artıg dozalanma:
Tələb olunan qaydalara riayət olunsa, artıq dozalanma mümkün deyil.
Saxlanma şəraiti:
25ºС-dən yüksək olmayan temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Aptekdən buraxılma şərti: Reseptsiz. buraxılır.
 

Tərkibi:
Təsiredici maddələr: 16q məhlulun tərkibində 0,64q fenazon və 0,16q Lidokain-hidroxlorid vardır.
Köməkci maddələr: natrium-tiosulfat, etanol, qliserol, təmizlənmiş su.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.