PANZİNORM 10 000

PANZİNORM 10 000

5.10 AZN
Təsviri:

Bərk, qeyri-şəffaf, qranullarla doldurulmuş, pərdə ilə örtülmüş, qeyri-düz formada, qəhvəyi-bej rəngində, xarakter ətirli kapsullar.

Kapsulun korpus və qapaqcıqı ağ rəngindədir.
İstifadəsinə göstərişlər 

-  Mədəaltı vəzin xarici sekresiyasının çatışmazlığı (xroniki pankreatit, mukovissidoz və s.).
-  Mədənin , bağırsaqların, qaraciyərin, öd kisəsinin xroniki iltihabi-distrofik xəstəlikləri; rezeksiyadan sonrakı vəziyyət; orqanların şüalanması zamanı həzm prosesinin pozulması, meteorizm və diareyanın əmələ gəlməsi (kombinasiya olunmuş müalicənin tərkində);
-  Sağlam şəxslərdə qeyri-müntəzəm qidalanma zamanı həzmi yaxşılaşdırmaq üçün;
-  Qarın boşluğu orqanlarının rentgen və ultrasəs müayinəsina hazırlıq zamanı.
-  Mədəaltı vəzin xərçəngində;
-  Mədəaltı vəzi axarının və yaxud ümumi öd axarının obstruksiyasında (məsələn şiş xəstəliyində);
-  Şvahman – Daymond xəstəliyində

Əks göstərişlər

Preparatın təsiredici ya köməkçi maddələrinə qarşı ya donuz zülalına qarşı yüksək həssaslıq.
Kəskin pankreatit ya xroniki pankreatitin kəskinləşməsi.
Mukovissidozu olan 15 yaşa qədər uşaqlar.

İstifadə qaydası və dozası

Kapsullar bütöv, çeynənmədən, kifayət qədər su ilə qəbul edilir.
Doza fərdi olaraq təyin edilir. Müalicə minimal dozalardan başlanır: qidanın əsas istifadələri ilə gündə 3 dəfə 1 ya 2 kapsul. Preparat yüngül qidalanma zamanı istifadə edilə bilər. Əgər, istifadə olunan doza həzm prosesinin pozulmalarının qarşısını almaq üçün kifayət olmur, dozanı tədricən artırmaq olar.
Ən minimal effektiv dozaları qəbul etmək lazımdır, xüsusən mukovissidoz ilə xəstələrə.
Uşaqlarda adətən preparatın ən kiçik dozaları effektivdir.

Doza həddinin aşılması

Simptomları: ürəkbulanma, qusma, diareya, hiperurikemiya və urikozuriya, perianal nahiyyədə dərinin qıcıqlanması; mukovissidozu olan xəstələrdə nadir hallarda fibroz kolonopatiya əmələ gəlir.
Müalicəsi: preparatın ləğv olunması, yaxşı hidratasiya və simptomatik müalicə.

Saxlanma şəraiti

30 ºC-dən yüksək olmayan temperaturda,  quru və uşaqların əli çatmaqığı yerdə saxlamaq lazımdır.

Aptekdən buraxılma şərti :

Reseptsiz

Tərkibi

Təsiredici maddə: 1 kapsulda aşağıdakı ferment aktivliyi ilə donuz pankreatini vardır:
Lipaza   10000 V Ph. Eur.
Amilaza  7200 V Ph. Eur.
Proteaza   400 V Ph. Eur.
Köməkçi maddələr: metakril turşusunun sopolimeri – etilakrilat (1:1), trietilsitrat, talk, simetikon.
Kapsulun örtüyü: jelatin, titan 4-oksid (E171), natrium laurilsulfat.


Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.