PARLAZİN 10 mq

PARLAZİN 10 mq

6.36 AZN
Antihistamin dərman vasitəsi.
İstifadəsinə göstərişlər 
- daimi allergik rinit;
- mövsümi allergik rinit və konyunktivit;
- qaşınma;
- xroniki idiopatik məxmərək;

Əks göstərişlər 
- setirizin və yaxud preparatın digər tərkib hissələrinə qarşı hiperhəssaslıq;

- döşlə əmizdirmə (setirizin ana südünə keçir). Körpələrdə mümkün kənar təsirlərin riski ana üçün mümkün faydanı üstələdiyindən laktasiya zamanı setirizin təyin etmirlər.

- 2 yaşadək uşaqlar (bu yaş qrupunda effektivlik və təhlükəsizlik təyin edilmir);

Hamiləlik nisbi əks göstərişdir. Eksperimental tədqiqatlara əsaslanaraq təsdiq etmək olar ki, setirizin teratogen effektə malik deyil. Insan üzərində yaxşı nəzarət olunan tədqiqatlar haqda məlumat olmadığından preparat hamilə qadınlara tövsiyə edilmir.

İstifadə qaydası və dozası 
Böyüklər və 12 yaşadək uşaqlar:adi doza – 1 tablet gündə bir dəfə, mümkün qədər gecələr yuxudan əvvəl.

6-12 yaşda uşaqlar: adi doza – ½ tablet gündə iki dəfə səhər və axşam; yaxud 1 tablet axşam.


Yaşlı xəstələr:belə xəstələrə dozanı azaltmaq tövsiyə edilir.
Böyrək çatışmazlığı olan xəstələr üçün böyüklərə tövsiyə edilən dozanın yarısı təyin edilir.

Doza həddinin aşılması 
Simptomları: ən çox rast gələn əlamət yorğunluq və yuxuyameyllilikdir.

Müalicəsi: dozanı həddindən artıq qəbul etdikdə zərərçəkmişi qusdurmaq, simptomatik və dəstəkləyici müalicə təyin etmək lazımdır. Spesifik antidot mövcud deyil. Preparatın orqanizmdən xaric olması üçün hemodializ effektiv deyil.


 


Təsiredici maddə: 1 tabletin tərkibinə 10 mq setirizin -dihidroxlorid vardır.

Köməkçi maddələr: silisium 4-oksid, maqnezium- stearat, laktoza monohidrat və mikrokristallik sellüloza daxildir. Örtük hissə hidroksipropilmetilsellüloza, titan 4-oksid, makroqol 400 və sarı ariavit sansetdən ibarətdir.


Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.