CLOMİFERT

CLOMİFERT

3.61 AZN
Ağ, dairəvi tabletlər.
İstifadəsinə dair göstərişlər:

Yumurtalıqların anovulyator disfunksiyası və onunla əlaqədar olan sonsuzluq, uşaqlıq qanaxması, amenoreyanın disqonadotrop forması, süd vəzisinin xərcəngi, qalaktoreya, oliqospermiya, yeniyetmələrin cinsi və fiziki inkişafının ləngiməsi, həmçinin hipofizin qonadotrop funksiyasını yoxlamaq məqsədilə.

Əks-göstərişlər:

Preparatın tərkib komponentlərinə qarşı yüksək həssaslıq, xoşxassəli şişlər,

MSS-nin üzvi xəstəlikləri, qaraciyər xəstəlikləri, ovulyasiya pozğunluğu ilə əlaqədar olmayan qanaxmalar.

Istifadə qaydası və dozası:

Ovulyasiyanı stimullaşdırmaq üçün menstrual siklin 5-ci günündən başlayaraq, 50 mq dozada gündə 1 dəfə yatmazdan qabaq təyin edilir. Müalicə kursu 5 gündür.

Effektin olmaması zamanı müalicə 3-5 kurs da davam etdirilir, bu zaman doza 75-100 mq-a qədər artırıla bilər və ya müalicə müddəti 10 günə qədər artırılır.

Kurs dozası 500 mq-ı keçməməlidir.

Süd vəzinin xərcəngi zamanı 100 mq dozada gündə 2 dəfə (səhər və axşam) qəbul edilir.

Uzun müddət ərzində qəbul olunur, xəstəlik proqressivləşdikdə preparatın qəbulu dayandırılır.

Kişilərə 3-4 ay müddətində 50 mq dozada gündə 1-2 dəfə təyin olunur.

Fiziki və cinsi pozğunluqlar zamanı 10 gün müddətində 50-100 mq dozada gündə 1 dəfə təyin olunur. 1-3 ay fasilə ilə 3 kurs müalicə aparılır.

Doza həddinin aşılması:

Yumurtalıqların hiperstimulyasiyası əlamətləri meydana çıxdıqda dozanı azaltmaq və ya preparatın qəbulunu dayandırmaq lazımdır.

Tərkibi:Təsiredici maddə: 1 tabletin tərkibində 50 mq klomifen (sitrat duzu şəklində) vardır. 

Köməkçi maddələr: jelatin, maqnezium-stearat, laktoza-monohidrat, nişasta, stearin turşusu

.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.