BENORAL B12

BENORAL B12

6.46 AZN
Təsviri
Yumru, iki səthi qabarıq olan tərəflərə,  çəhrayı rəngli örtük qişaya malikdir.
İstifadəsinə Göstərişlər
  • B1, B6, B12 vitamini çatmazlığını yaradan risk faktorları (Farmakoloji xüsusiyyətlərə bax) və/və ya tez yorulma, yaddaşın pozulması, tez qıcıqlanmaq, iştahanın azalması, əsəbilik, paresteziyalar və ətraflarda ağrı kimi kliniki şikayətlər.
  • Beri-beri sindromu (xüsusi polinevrit), Vernike (polinevrotik psixoz) və Korsakovski sindromu, ağ qızdırma – Delirium tremens.
  • Alkoqol və diabetik polineyropatiyalar, nevrit, polinevrit, nevralgiya, mialgiya, artralgiya, qıcolmalar, tremor, davamlı qusma, kəmərvari dəmrov (Zona Zoster)
 
Əks Göstərişlər
Preparatın komponentlərinə qarşı fərdi həssaslıq.
Hamiləlik dövründə istifadəsi
Dölə təsirinə görə FDA-nın C kateqoriyasına aiddir.  Qadın üçün faydası dölə olan potensial riskdən artıq olarsa təyin edilir.
Laktasiya dövründə təyini
Ehtiyatla təyin edilir, beləki preparat ana südünə keçir. 
Əlavə Təsirləri
Yüksək həssaslıq reaksiyaları çox nadir hallarda rast gəlinir.
Gözlənilməz effektlər meydana çıxarsa həkimə müraciət edin!
 
Dozalanma Rejimi
Əgər həkim tərəfindən başqa cür təyin olunmayıbsa:
  • Profilaktiki məqsədlə gündə 1 dəfə
  • Müalicəvi məqsədlə 2-4 dəfə gündə təyin olunur.
Benoral B12 –nin dozasını effekt əldə olunduğu müddətdə azaltmalı. Preparatın qəbulu hipovitaminozun simptomları azaldıqda, vitamin çatmazlığına səbəb faktorlar aradan qaldırıldıqda dayandırılır və hipovitaminoza gətirib çıxaran faktorlar olduqda profilaktiki dozaları təyin edilir. 
Dozadan Artiq Təyin Edilməsi
Artıq dozada təyin edildikdə simptomatik və bərpaedici müalicə aparmalı. 
Saxlanma Şəraiti
+25 0 C-dən yüksək olmayan otaq temperaturunda saxlamalı.
Uşaqların əli çatmadığı yerdə saxlamalı! 
Aptekdən Buraxilma Şərti : Reseptlə 
Tərkibi
Hər tabletin tərkibinə daxlidir:
aktiv maddələr: 250 mq B1 vitamini (tiamin hidroxlorid), 250 mq B6 vitamini (piridoksin hidroxlorid), 1 mq B12 vitamini (sianokobalamin).
köməkçi maddələr:
 qarğıdalı nişastası, jelatin, laktoza monohidrat, maqnezium stearat,
örtük qişa: HPMC E15, talk, pink 93034305.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.