Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

MEQAFER FORTE

7.70 AZN
MEQAFER FORTE
İstifadəsinə göstərişlər

  • latent gedişli dəmir çatışmazlığı və dəmir çatışmazlığı, dəmirdefisitli anemiyası, müxtəlif
  mənşəli fol turşusu çatışmazlığı
  • hamiləlik dövründə yüksəlmiş dəmir və fol turşusu çatışmazlığının profilaktikası
  (məsələn, vegetarianlarda və yaşlı adamlarda, MBT dəmirin sorulmasının pozulması)

Əks göstərişlər

  • hemoxromatoz, xroniki hemoliz;
  • preparatın komponentlərinə və dəmirə qarşı həssaslıq;
  • dəmirin utilizasiyası mexanizimlərinin pozulması (qurğuşun anemiyası, sideroaxrestik
  anemiya) və talassemiya;
  • dəmir çatışmazlığı ilə əlaqədar olmayan anemiyalar(hemolitik anemiya vəya B12
  vitamini çatışmazlığı nəticəsində yaranan meqaloblastik anemiya), təkrar qan
  transfuziyası, dəmir preparatlarının yeridilməsi
Dəmiri eyni zamanda həm venadaxili, həm də renteral yolla təyin etmək olmaz.

İstifadə qaydası və dozası


Meqafer forte  preparatı yemək zamanı və yeməkdən sonra qəbul olunur.
Anemiyanın dərəcəsindən aslı olaraq hemoqlobin göstəricilərinin normallaşmasına qədər gündə
2 dəfə, hər dəfə 1 tablet qəbul olunur, daha sonra gündə 1 tablet qəbul edilməklə müalicə davam
etdirilir.
Anemiyanın profilaktikası üçün gündə 1 dəfə 1 tablet qəbul edilir.
Müalicə müddəti dəmir çatışmazlığının dərəcəsindən aslıdır, həkim tərəfindən müəyyən olunur.
Dəmir çatışmazlığının simptomlarının laborator və kliniki göstəricilərinin normallaşması zamanı
preparatın qəbulu ay ərzində orqanizmdə dəmir ehtiyatını bərpa etmək üçün davam
etdirilməlidir.

Doza həddinin aşılması 


Dozadan artıq sorulma nadir hallarda mümkündür.Dəmirdefesitli anemiyanın qeyri düzgün
diaqnostikası orqanizmin dəmirlə yüksəlməsinə səbəb ola bilir.
 Dəmirlə zəhərlənmə zamanı desferroksamin və ya etilendiamin tetrasirkə turşsunun (EDTA)
 kalsium dinatrium duzu təyin olunur. Desferroksamin (xelat agent) teratogen xüsusiyyətlərə malikdir.

Saxlanma şəraiti


25 C –dən yüksək olmayan tempraturda, uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Apteklərdə verilmə şərti :

Həkim reseptilə buraxılır.


Təsiredici maddə: hər tabletdə 100 mq dəmir hidroksid polimaltoz və 0,35mq fol
turşusu vardır.

Köməkçi maddələr: krospovidon, polietilenqlikol 6000, polivinilpirrolidon, maqnezium-stearat,
mikrokristallik sellüloza, örtük: Opadry || 85F26721 (qırmızı-qəhvəyi)