PUMPAN 20ML

PUMPAN 20ML

10.88 AZN
Spesifik iyə malik olmayan, şəffaf  sarı rəngdən qırmızımtıl sarı  rəngə çalan maye.    

İstifadəsinə göstərişlər :

Ürəyin işemik xəstəliklərinin, arterial hipertenziyaların, xroniki ürək çatışmazlığının I-II mərhələsinin,
neyrosirkulyator distoniyaların kompleks müalicəsində.

Əks göstərişlər :

Preparatın komponentlərinə  qarşı  həssaslıq, alkoqol asılılığı.

Qəbul qaydası və dozası :
                                                                                                                           

Effektivliyinin daha yaxşı təmin olunması məqsədilə Pumpan® yeməkdən 30 dəq. əvvəl və ya 1 saat sonra qəbul edilməlidir.

Ürəyin işemik xəstəliyi

 Böyüklər
 10 damcı
1-2 ay müddətində gündə 3 dəfə. Vəziyyət stabilləşdikdə gündə 2 dəfəyə keçilir.
Daxilə təmiz halda və ya 1 xörək qaşığı suda həll edilməklə, yeməkdən 30 dəq.əvvəl və ya 1 saat sonra ağızda müəyyən müddət saxlamaqla qəbul edilir.

Arterial hipertenziya

Böyüklər

yeniyetmələr
10 damcı
2-3 ay müddətində gündə 3 dəfə.Bundan sonra arterial təzyiqə nəzarət etməklə saxlayıcı terapiya kimi gündə 2 dəfəyə keçilir.
Daxilə təmiz halda və ya 1 xörək qaşığı suda həll edilməklə, yeməkdən 30 dəq.əvvəl və ya 1 saat sonra ağızda müəyyən müddət saxlamaqla qəbul edilir.

I-II mərhələ xroniki ürək çatışmazlığı

Böyüklər

yeniyetmələr
 10 damcı
 
2-3 ay müddətində gündə 3 dəfə.Bundan sonra saxlayıcı terapiya kimi gündə 2 dəfəyə keçilir.
 

Daxilə təmiz halda və ya 1 xörək qaşığı suda həll edilməklə, yeməkdən 30 dəq.əvvəl və ya 1 saat sonra ağızda müəyyən müddət saxlamaqla qəbul edilir.
 
12 yaşa qədər uşaqlar
 5 damcı
 
2-3 ay müddətində gündə 3 dəfə.Bundan sonra saxlayıcı terapiya kimi gündə 2 dəfəyə keçilir.
 
 Neyrosirkulyator terapiya

Böyüklər

yeniyetmələr
 10 damcı
 
2-3 ay müddətində gündə 3 dəfə.Bundan sonra saxlayıcı terapiya kimi gündə 2 dəfəyə keçilir
Daxilə təmiz halda və ya 1 xörək qaşığı suda həll edilməklə, yeməkdən 30 dəq.əvvəl və ya 1 saat sonra ağızda müəyyən müddət saxlamaqla qəbul edilir.
 

Xəstəliyin əvvəlində, həmçinin simptomların yüngülləşməsini sürətləndirmək məqsədi ilə hər 30-60 dəqiqədən bir böyüklər və yeniyetmələr 8-10 damcı , uşaqlar isə 5 damcı ( 8 dəfədən çox olmayaraq) istifadə edə bilər. Yaxşılaşma başlayandan sonra dozanın qəbulu gündə 3 dəfəyə endirilə bilər.

Saxlanma şəraiti :

25ºC-dən yuxarı olmayan temperaturda,  güclü elekrtomaqnit sahəsindən, işıqdan uzaq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.            
Aptekdən buraxılma şərti :Reseptsiz buraxılır.
 


Təsiredici maddələr: 100 ml PUMPAN®-ın tərkibində Crataegus D1 20 ml, Arnica D6 10 ml,Kalium karbonat D6 10 ml, Digitalis D12 10 ml, Convallaria D12 10 ml.

Köməkçi maddə: 43 %-li etil spirti.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.