TERJİNAN

TERJİNAN

6.19 AZN
yoxdur
Göstərişlər:

Preparata həssas mikroorqanizmlər tərəfindən törədilən vaginitlərin müalicəsi:
  • Bakterial vaginit

  • Uşaqlıq yolunun trixomoniazı

  • Candida cinsindən olan göbələklər tərəfindən törədilən vaginit

  • Qarışıq vaginit 
Urogenital infeksiyaların/Vaginitlərin profilaktikası:
  • Ginekoloji əməliyyatlardan  əvvəl

  • Doguşdan və abortdan qabaq

  • Uşaqlıq daxili vasitələrin qoyulmasından əvvəl və sonra

  • Uşaqlıq boynunun diatermokoaqulyasiyasından əvvəl və sonra

  • Histeroqrafiyadan əvvəl
Əks göstərişlər:

Preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövrü:

Preparatın qəbulu hamiləliyin 2-ci trimestirindən mümkündür.

Preparatın hamiləliyin 1-ci trimestirində və laktasiya dövründə istifadəsi onun anaya xeyri, döl və uşaq üçün potensial zərərindən çox

olduqda, mümkündür.

Qəbul qaydası və dozalama:

Uşaqlıq yoluna tədbiq olunmalıdır.

Bir tableti uşaqlıq yoluna dərin olmaqla, yatmazdan qabaq qoyulur.

Tableti uşaqlıq yoluna yeritməzdən əvvəl 20-30 san. ərzində suda islatmaq lazımdır.

Tableti yeridəndən sonra uzanıq vəziyyətdə qalmaq məsləhətlidir.

Ortalama müalicə müddəti – 10 gündür; təsdiqlənmiş mikoz zamanı müalicə  kursu 20 günə qədər uzadıla bilər.

Profilaktik kursun müddəti 6 gün təşkil edir. 

Təsiredici maddələr

Ternidazol-0.2 q

Neomisin sulfat-0.1q  (65 000 BV)

Nistatin-100 000 BV

Prednizolon  (natrium metasulfobenzoat şəklində)-0.0047q

0.003 q prednizolona ekvivalentdir. 

Köməkçi maddələr:

Buğda nişastası-0.264q

Laktoza monohidrat-1.2 q-a qədər

Kolloidli silisium dioksid-0.006q

Maqnezium -0.01q

Natriumun karboksimetil nişastası-0.048q
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.