TRENTİLİN 5 ml

TRENTİLİN 5 ml

4.08 AZN
Periferikvazodilyatator, purin törəməsi.


Göstərişləri:
  • aşağı ətraf arteriyalarının  xroniki okklüziyalı xəstəliklərində fiziki hərəkətlər nəticəsində  meydana çıxan simptomlar və sindromlardanövbələşən axsama, tez yorulma (yorğunluq), paresteziyalar, qıcolmalar və trofiki pozğunluqlar.
  • işemiki həmlələrdə, iflic kimi serebrovaskulyar pozğunluqlarda, qocalıq zamanı (yaddaşın azalması, oriyentasiyanın itməsi, gücsüzlük, başgicəllənmə, düşüncənin zəifləməsi), işemik həmlələrin profilaktikası zamanı.
  • burun boşluğu və orta qulağın qan dövranı pozğunluqlarında.
  • diabetik  arteriopatiyalarda.
Əks Göstərişləri:

TRENTİLİN ampula  pentoksifillin törəmələri və ya digər metilksantin törəmələrinə qarşı (teofillin, teobromin, kofein və s.) qarşı həssaslığı olan xəstələrə,  bir az öncə miokard infarktı keçirmiş, güclü qanaxması olan xəstələrə əks göstərişdir.
TRENTİLİN ampula  hamilələrə vacib olduqda təyin olunur. Təhlükəsizliyi barədə məlumat olmadığına görə preparat 18 yaşa qədər xəstələrə təyin edilmir.

İstifadə Qaydasi Və Dozalanmasi:

Başlanğıcda 1 ampula (100 mq) 5 dəqiqə ərzində və ya məhlulla (qlükoza və ya 0,9 % -li izotonik məhlulla) 120-180 dəqiqə ərzində xəstə uzanmış vəziyyətdə  venasına yeridilir. Əgər orqanizm 1 ampulanı yaxşı qəbul etmişdirsə, sonrakı günlərdə  doza 100 mq-dan gündə 2-3 dəfə (2-3 ampula),  maksimal 400 mq (4 ampula) olmaqla təyin edilir.
Riskli vəziyyətlərdə yüksək dozalar təyin etməməli, simptomlar azaldıqda Trentilinin peroral retard formasına keçməli.
Müalicənin müddəti həkim tərəfindən təyin edilir.

Artlq Dozalanma Zamani Tədbirlər:

Artıq dozalanma əlamətlərisifətin qızarması, hipotoniya, yuxululuq, huşun itməsi, istilik hissi . Antidota malik deyildir. Simptomatik və bərpaedici müalicə təyin edilir.

Saxlanma Qaydasi:

Uşaqların əli çatmadığı yerdə, qutuda saxlamalı. Otaq temperaturu 25 0C-dən aşağı yerdə saxlamalı
 

1 ampulanın (5 ml) tərkibinə 100 mq pentoksifillin, 6,9 mq natrium hidrofosfat (12 H2O), 1,5 mq natrium dihidrofosfat, 35 mq natrium xlorid və inyeksiya üçün məhlul daxildir.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.