HELMİNTOX 125 mq

HELMİNTOX 125 mq

5.76 AZN
Təsviri: Qurdəleyhinə preparat.
Istifadəsinə göstəriş: Enterobioz, askaridoz, ankilostomatoz.
Əks göstərişlər: Preparatın tərkibində olan komponentə həssaslıq ,miasteniya,qaraciyər catmamazlığı. 6 ayadək uşaqlara ehtiyatla təyin olunur.Hamiləlik zamanı zərurət olarsa təyin olunur.Ana südünə kecə bildiyinə  görə döşlə əmizdirmə zamanı tövsiyyə olunmur.
Qəbul qaydası və dozalanması:Daxilə qəbul olunur. 6 yaşdan kiçik uşaqlara suspenziya tövsiyyə olunur.Helmintox günün istənilən vaxtı qəbul oluna bilər, qabaqcadan işlədici qəbul olunmur, acqarına olması vacib deyil. Askaridoz və enterobioz zamanı  dozalanma-6 yaşdan kiciklərə 12,5mq kq olmaqla birdəfəyə qəbul olunur, yəni hər 10 kq-a 1 ölcü qaşığı. 6 yaşdan  sonra hər 10 kq-a 1 ölcü qaşığı və ya 125mq həb  birdəfəyə qəbul edilir.Böyüklər-75 kq-dək şəxslər 6 həb 125mq və ya 3 həb 250mq birdəfəyə qəbul etməlidir. Çəkisi 75kq- dan  çox olanlar 8 həb 125mq və ya 4 həb 250mq birdəfəyə qəbul etməlidir.Parazitin tam eradikasiyası üçün gigiyenik qaydalara riayət etmək və ailəvi müalicə tövsiyyə olunur.Təkrari yoluxmanın profilaktikası üçün 3 həftədən sonra mualicəni təkrarlamaq lazımdır.
Ankilostomatoz :Endemik zonalarda  Ancylostoma duodenale və Necator americanusla yoluxma zamanı gündəlik doza 25mqkq hesablanır, 1 və 2 dəfə 2-3 gün qəbul olunur, yəni uşaqlara sutkalıq doza 250mq hər 10 kq-a hesablanır. Böyüklər- çəkisi 75 kq-dək şəxslər sutkada  1,2q, cəkisi 75kq- dan  çox olanlar sutkada 2q qəbul etməlidir.

 

Tərkibi: 125 mq pirantelə hesablanmışdır. Suspenziya: 5 q pirantelə hesablanmışdır.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.