POLİJİNAKS (POLYGİNAX)

POLİJİNAKS (POLYGİNAX)

7.69 AZN
Yumşaq, açıq-bej rəngli oval, yumşaq vaginal kapsula; kapsulanın içi sarı-qəhvəyi rəngə çalan eynicinsli yarımmaye .
Göstərişləri

Preparata həssas mikroorqanizmlər tərəfindən yaranan infeksion –iltihabi xəsəliklərin müalicəsi:

-  qeyri spesifik vaginitlər

-  göbələk mənşəli vaginitlər

-  qarışıq vaginitlər

-  vulvovaginitlər

-  servikovaginitlər

İnfeksion-iltihabi xəstəliklərin profilaktikası:

-  cinsi orqanlarda cərrahi müdaxilədən öncə

-  uşaqlıqdaxili diaqnostik müayinələrdən öncə və sonra

-  uşaqlıq boynu eroziyasının diatermokoaqulyasiyasından öncə və sonra

-  diaqnostik məqsədlə uşaqlıq daxili qaşımalarda oncə və sonra

-  uşqalıq daxili spirallardan öncə və sonra

-  doğuşdan və abortdan öncə

Doğuş öncəsi profilaktika: dölün döğuş yollarını keçən zaman ananın cinsiyyət orqanlarından infeksiyaya yoluxmasının qarşısını alır.

Dozalanma rejimi

Axşam yatmazdan qabaq bir kapsula uşaqlıq yoluna dərin olaraq qoyulur.

Müalicə kursu – 12 gündür. Profilaktiki kurs – 6 gündür. Bir və ya bir neçə dozanı buraxdıqda belə müalicəni əvvəlki qaydada davam etdirməli. 

Əlavə təsirləri

Allergik reaksiyalar mümkündür.  

Uzun müddətli istifadə etdikdə aminoqlikozidlərin sistem əlavə təsirləri meydana çıxa bilər. 

Əks göstərişlər

- preparatın komponentlərinə qarşı yüksək həssaslıq. 

Hamiləlik və laktasiya

Hamiləlik dövründə preparat həkim məsləhəti ilə istifadə olunmalıdır.

Preparatın istifadəsi südvermə dövründə də həkim məsləhəti ilə olmalıdır.

Xüsusi göstəişlər

Müalicə zamanı qapaqcıq və lateksdən olan prezervativlərdən istifadəsi məsləhət görülmür.

Menstrual dövrdə müalicə kursunu dayandırmaq məsləhət deyildir.

Ayrı-ayrı xəstəlik törədicilərinin preparata qarşı davamlılığının yarana biləcəyini bilərək preparatın istifadə müddəti məhdudlaşdırılmalıdır.

Böyrək çatmamazlığı olan xəstələrdə preparatın uzun müddətli istifadəsi aminoqlikozidlərin sistem təsirlərini artıra bilər.

Xəstə bilməlidir ki, böyrək çatmamazlığı baş verdikdə həkimə müraciət etməlidir. 

Dozadan artıq istifadə

İndiyə qədər Polijinaks preparatının dozadan artıq istifadəsi ilə əlaqədar hallar qeydə alınmamışdır. 


Tərkibi
 
1 kapsula
neomisin sulfat
35000 BV
polimiksin B sulfat
35000 BV
nistatin
100000 BV

Köməkçi maddələr: Dimetikon 1000, hidrogenləşmiş soya yağı, Tefoz 63,.

Örtük qişanın tərkibi: jelatin, qliserol, dimetikon 1000, distillə olunmuş su
 
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.