REVACID 1.5g  I.M

REVACID 1.5g I.M

2.11 AZN
kombinə olunmuş antibakterial preparat.
Göstərişləri:
  • Yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları
  • Sidik yollarının infeksiyaları
  • Ginekoloji infeksiyalar
  • Dəri və yumşaq toxumaların infeksiyaları
  • Sümük və oynaqların infeksiyaları
  • İntraabdominal infeksiyalar
  • Qonokokklarla törədilən infeksiyalar
  • Bakterial septisemiya, həmçinin abortlar və Keysəriyyə əməliyyatından sonra sepsis riskini aşağı salmaq məqsədilə
  • Cərrahi  əməliyyatlardan  sonra  profilaktik  məqsədlə,  həmçinin  revmatizm  (aktiv  faza),  sepsis (septik endokardit), meningit.


Əks göstərişlər:

Preparatın komponentlərinə və digər penisillinlər qrupundan olan antibiotiklərə qarşı həssaslığın artması,
qaraciyər çatışmamazlığı,
yerli anestetiklərə həssaslıq olduqda.
Müxtəlif ürək blokadaları zamanı həlledicini (lidokain-hidroxlorid) istifadə etmək olmaz.

Dozalanma rejimi:

REVASİD əzələdaxili yeridilir. Venadaxili yeritmək üçün preparat inyeksiya üçün fizioloji məhlulda həll olunur və asta-asta venaya yeridilir.
Böyüklər üçün sutkalıq doza 1,5 q-dan (1q ampisillin/0,5 q sulbaktam) 12q-a qədərdir (8 q ampisillin /4 q sulbaktam). Sulbaktamın maksimal sutkalıq dozası 4q-dır. İnfeksion prosesin ağırlığından asılı olaraq 6-8 saat intervalla istifadə olunur. Orta ağır dərəcəli infeksiyalarda 12 saat intervalla təyin edilir. Həll edildikdən sonra preparat dərinə olmaq şərtilə əzələyə yeridilir. Məhlulu hazırladıqdan sonra 1 saat ərzində istifadə etmək lazımdır. Böyrək çatışmamazlığı zamanı ampisillinin və sulbaktamın eliminasiyası dəyişir, plazmadakı səviyyəsi isə dəyişmir. Bu halda preparat aşağıdakı sxemlə təyin edilir.

Kreatinin klirensi
İstifadə olunan doza
İstifadə intervalı
(M/san)
(q)
(saat)
>30
1,5-3
6-8
15-29
1,5-3
12
5-14
1,5-3
24

Uşaqlar və yeniyetmələr üçün sutkalıq doza 150 mq/kq çəkiyə olaraq hər 6-8 saatdan bir təyin olunur. Yarımçıqdoğulmuş və yenidoğulmuşlara 150 mq/kq çəkiyə hər 12 saatdan bir təyin olunur.
Müalicəni orqanizmin temperaturu normaya düşdükdən sonra 48 saat ərzində davam etdirmək lazımdır. Müalicə 5-14 gün davam etdirilir, ağır vəziyyətlərdə müalicənin müddətini uzatmaq olar. Cərrahi əməliyyatlardan sonra profilaktik məqsədlə anesteziya zamanı və əməliyyatdan 6-8 saat sonra 1,5-3 q təyin edilir.
Məhlulun hazırlanma qaydası:

3,5 ml 1%-li lidokain-hidroxlorid məhlulunu iynə vasitəsilə 1,5 q REVASİD  tərkibində olan flakona yeridin və tam həll olunanadək yaxşıca çalxalayın. Hazırlanmış məhlul 1 saat ərzində istifadə olunmalıdır.
0,75 q REVASİD  üçün 1,8 ml 1%-li lidokain-hidroxlorid məhlulunu götürüb həmin qaydada həll edin.
 

Hər bir flakonun tərkibində 1000 mq ampisillin natrium duzu və  500 mq sulbaktam vardır.
Hər bir flakonun tərkibində 500 mq ampisillin natrium duzu, 250 mq sulbaktam vardır.
Hər ampulun tərkibində 4 ml və ya 2 ml  1%-li lidokain hidroxlorid məhlulu vardır.
Preparat steril və apirogendir.


Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.