Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

LACTOBER 150 ML (SİROP)

26.00 AZN
LACTOBER sirop
Göstərişləri:

  • Qəbizlik (həmçinin, uşaqlarda, yaşlı insanlarda və hamilələrdə xroniki qəbizlik zamanı)
  • Bağırsaqların fizioloji ritmini normallaşdırması
  • Qaraciyər ensefalopatiyası, qaraciyər prekoma/koması (müalicə və profilaktikası)
  • Tibbi məqsədlə nəcisin yumşaldılması (hemorroidal düyünlər, yoğun bağırsaqda və anal dəlik ətrafında aparılan cərrahi əməliyyatlar, cərrahi əməliyyatdan sonrakı dövr)
  • Bağırsağın dizbakteriozu
  • Antibiotikoterapiyadan sonra bağırsaq mikroflorasının korreksiyası
  • Salmonella və ya şigella-rın törətdiyi enterit
  • İşlətmə dərmanlarından sui istifadə

 Qəbul Qaydasi:

   LACTOBER səhər yemək vaxtı daxilə qəbul edilir

 
Qəbizliyin müalicəsi:

Yaş həddi
Başlanğıc doza
(3 gün)
Saxlayıcı doza
0-1 yaş
5 ml
5 ml
1- 6 yaş
5-10 ml
5-10 ml
7-14 yaş
15 ml
10 ml
Böyüklər
15-45 ml

10-30 ml 

Disbakteriozun müalicəsi:
 
uzun müddət antibiotiklərin istifadəsindən sonra bağırsaq florasının pozulması zamanı böyüklərə gündə 15-30 ml,  uşaqlara 5-10 ml təyin olunur.

Salmonelyoz və ya şigellyozun müalicəsi:

 ilk 10-12 gün ərzində 15 ml gündə 3 dəfə, 1 həftə fasilədən sonra eyni dozada gündə 5 dəfə təyin olunur. 

Qaraciyər ensefalopatiyası və ya qaraciyər prekoma/komasının müalicəsi:

 30-50 ml gündə 3 dəfə, gündəlik doza 90-190 ml təşkil edə bilər, sonra fərdi olaraq saxlayıcı doza təyin edilir. Qaraciyər ensefalopatiyası zamanı doza elə seçilir ki, yumşaq stul gündə 2-3 dəfə olsun. Müalicə 3 aya və daha çox müddətə davam edə bilər.

Əks Göstərişləri:

  • Preparatın komponentlərinə qarşı yüksək həssaslıq
  • Qalaktozemiya
  • Bağırsaq keçməzliyi

Tərkibi:    

Hər 10ml siropun tərkibinə 6,8q laktuloza daxildir. 
Laktuloza disaxariddir