RİBOMUNİL

RİBOMUNİL

16.68 AZN
Bakterial mənşəli immunomodulə edici preparat.
İstifadəsinə göstərişlər: 

-6 aydan böyük pasiyentlərdə LOR-orqanların residivləşən infeksion xəstəliklərinin (otit,rinit,sinusit,faringit,laringit,angina) müalicə və profilaktikası
-6 aydan böyük pasiyentlərdə tənəffüs yollarının residivləşən infeksion xəstəliklərinin (xroniki bronxit,traxeit,pnevmoniya,infeksiyadanasılı bronxial astma) müalicə və profilaktikası
-Risk qrupu pasiyentlərdə(tez-tez və uzunmüddətli xəstələnən,ekoloji əlverişsiz regionlarda yaşayan,payız-qış fəslinin başlanğıcında,LOR-orqanların xroniki xəstəlikləri,xroniki bronxiti  və bronxial astması olan xəstələr,6 aydan böyük uşaqlar və yaşlılar)
residivləşən infeksion xəstəliklərin profilaktikası

Əks-göstərişlər:
-Autoimmun xəstəliklər
-Preparata qarşı hiperhəssaslıq

İstifadə qaydası:

Birdəfəlik doza (yaşdan asılı olmayaraq) 0,75 mg-dan 1 tablet  təşkil edir.Preparat gündə 1 dəfə,səhərlər acqarına qəbul edilir.
Müalicənin 1-ci ayı profilaktik məqsədlə Ribomunil hər həftənin ilk 4 günü,3 həftə ərzində qəbul olunur.Növbəti 2-5 ay ərzində - hər ayın ilk 4 günü.

Doza aşımı:
Hal-hazırda preparatın doza aşımı barədə məlumat yoxdur.

Saxlanma şəraiti:
15-250C  temperaturda, uşaqların əli çatmayan yerdə saxlanmalıdır.


 

1 tabletdə - 70% RNT-yə qədər  titrlənmiş ribosomlar -  0,750 mg
Klebsielle pneumoniae-nin membran hissəsinin proteoqlikanları - 1,125 mg
Ekssipient  - 1 tabletə qədər.


Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.