SPAZMOBRU

SPAZMOBRU

6.58 AZN
Selektiv M3 xolinoblokator. Qarın boşluğu orqanlarının, MBT-nın funksional pozğunluqlarında istifadə olunan dərman vasitəsi. Butilskopolamin.
İstifadəsinə göstərişlər

Mədə-bağırsaq traktının spazmları,

-pilorospazm,

-spastik kolitlər,

-spastik qəbizliklər,

-öd yollarının və mədəaltı vəzi axacaqlarının diskineziyası,

-böyrək və qaraciyər sancıları,

-xolesistitlər, pankreatitlər,

-mədə və 12-barmaq bağırsağın xora xəstəliyinin simptomatik müalicəsi.

-Ürəkbulanma və qusmanın (o cümlədən cərrahi əməliyyatdan sonra) aradan qaldırılması. -Sidik yollarının spazmları.

-Alqodismenoreya zamanı ağrı sindromu,

-histero-salpinqoqrafiya,

-abort və doğuşun stimullaşdırılması zamanı uşaqlıq boynun spazmı.

-Cərrahi müdaxilənin premedikasiyası.

-Rentgenoloji,

-radioloji və endeskopik müayinə metodlarında spazmın və yenitörəmənin differensial diaqnozu üçün. Fosfor-üzvi maddələrlə zəhərlənmələr

zamanı (antidot müalicəsi üçün).

İstifadə qaydası və dozası

Doza, pasiyentin yaşı və xəstəliyin ağırlığı nəzərə alınmaqla fərdi olaraq təyin olunur.

Böyüklərə 10 mq 3-5 dəfə təyin olunur. Böyüklər üçün maksimal gündəlik doza 100 mq-ı keçməməlidir.

Məhlul dəri altına, əzələ daxilinə bir başa yeridilir, venaya isə şırnaq üsulu ilə tədricən 10-20 ml qlükoza məhlulunda və ya 0,9%-li natrium-

xlorid məhlulunda və ya venaya damcı üsulu ilə 100-400 ml qlükoza məhlulunda və ya 0,9%-li natrium-xlorid məhlulunda 60-80 damcı/dəq

sürətlə yeridilir.

6 yaşdan yuxarı uşaqlara bədən kütləsinin hər kq-na 0,3-0,6 mq hesabı ilə təyin olunur.

Uşaqlar üçün maksimal gündəlik doza – bədən kütləsinin hər kq-na 1,5 mq-dır (100 mq-lıq maksimal gündəlik dozadan artıq olmamaq şərti

ilə).

Müalicə müddəti klinik vəziyyətdən asılı olaraq müəyyən edilir.

Əks göstərişlər

Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq,

-paralitik ileus (qıcolma nəticəsində baş verən bağırsaq keçməzliyi),

-qlaukoma,

-prostat vəzinin sidiyəgetməni çətinləşdirən hipertrofiyası,

-mexaniki bağırsaq keçməzliyi,

-miasteniya,

-taxiaritmiya,

-meqakolon.


 

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 10 mq hiossin (skopolamin) butilbromid vardır. Şəffaf rəngsiz məhlul.

Təsiredici maddə: hər tabletin tərkibində 10 mq hiossin (skopolamin) butilbromid vardır
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 

Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.