ESPUMİZAN

ESPUMİZAN

3.19 AZN
Təsviri:
 
Espumizan® kapsul dərman vasitəsi,mədə-bağırsaq traktı tərəfindən pozulmaları aradan qaldıran dərman vasitələrisinfinə daxildir. Təsiredici maddə-simetikon- mədə və bağırsaqda toplanan qazqabarcıqlarını parçalayır. Qaz təbii yolla xaric olunur.


Dərman vasitəsinin istifadəsi:

·  qazəmələgəlmənin (meteorizm), qarında köp və ya dolma hissinin yaratdığı mədə-bağırsaq traktı tərəfindən şikayətlər olduqda simptomatik müalicə üçün
·  mədə-bağırsaq traktının müayinəsinə hazırlıq üçün,məsələn rentgenoloji və ya USM müayinəsi.
 
2. Espumizan® kapsul dərman vasitəsinin qəbulundan əvvəl

Bu hallarda Espumizan® qəbul etməyin:
Əgər sizdə yüksək həssaslıq (allergiya) varsa:
Təsiredici maddə simetikona "Günəş qürubu" FCF (E110) rəngləyiciyə Metil-4-hidroksibenzoat konservantı və ya Espumizan® kapsulun hər hansı digər komponentinə qarşı.
Espumizan® kapsulun qəbulu zamanı xüsusi ehtiyatlı olmaq lazımdır
Mədə-bağırsaq traktı tərəfindən olan şikayətlər bu orqanlar tərəfindən daha ciddi problemlərin olması əlaməti ola bilər. Simptomlar aşağıdakı kimi təzahür edə bilər:

· 
dolma və partlama hissi  
·  gəyirmə
·  qarında "qurultu"
·  qarının şişməsi

Bu şikayətlər yarandıqda və ya uzun müddətli xarakterdə olduqda, siz həkimə müraciət etməlisiniz. O bu simptomların, müalicəsi tələb olunan xəstəliyin əlaməti olub olmamasını təyin edə bilər. 
 
3. Espumizan kapsullar necə qəbul edilməlidir

Əgər sizə digər qəbul rejimi təyin edilməyıbsə, Espumızan® kapsullarını hər zaman bu iclik-vərəqədə şərh edilən təlimata uyğun qəbul edin. Əlavə suallar yarandıqda həkım və ya əczaçı ilə məsləhətləşin

Dozalanma:

Qazəmələgəlmənin (meteorizm) artması, qarında köp və ya dolma hissinin yaratdığı madə-bağırsaq traktı tərəfindən şikayətlər olduqda simptomatik müalicə üçün
6 yaşdan başlayaraq uşaqlar, yeniyetmələr və böyüklər 2 kapsul (80 mq simetikona uyğundur) Gündə 3-dən 4 dəfəyə qədər 

Qeyd:

Espumizan® kapsulları əməliyyatdan sonra da qəbul etmək olar.
Körpələr və 6 yaşdan kiçik uşaqlar üçün satışda digər dərman formaları var (məsələn, duru formalar).
Espumizan® kapsulları yemək zamanı və ya yeməkdən sonra, ehtiyac yarandıqda yuxuya getməzdən əvvəl qəbul edin.
Şikayətlər aradan qalxana qədər Espumizan® kapsullarını qəbul edin.
Ehtiyac yarandıqda Espumizan® kapsulları daha uzun müddət qəbul etmək olar. Əgər şikayətlər keçmirsə, xahiş olunur "Espumizan® kapsul qəbulu zamanı xüsusi ehtiyat tədbirləri yarımbölmənin -bölmə 2 oxuyun.
Mədə-bağırsaq traktının müayinəsinə hazırlıq üçün, məsələn rentgenoloji və ya USM müayinəsi:
2 kapsul gündə 3 dəfə (umumı doza 240mq simetikona uyğundur)
2 kapsul (80 mq simetikona uyğundur)
Əgər sizə elə gəlirsə, Espumizan® in təsiri çox güclüdür və ya zəifdir xahiş olunur həkimə müraciət edəsiniz.
Lazım olduğundan çox miqdarda Espumizan® kapsul qəbul etmisinizsə
Espumizan kapsulların istifadəsi zamanı doza həddinin aşılması hallarında xoşagəlməz effektlər gözlənilmir. Hətta çox miqdarda Espumizan kapsullar problem olmadan keçirilir. Espumizan kapsulların təsiredici maddəsi simetikon mədə-bağırsaq traktında olan köpuyu yalnız fiziki yolla parçalayır. Simetikon qana keçmir.
Əgər Siz Espumizan kapsul qəbulunu unutmuşsunuzsa:
Hər zaman dərman vasitəsinin buraxılan dozasını qəbul etmək olar.
Əgər Siz Espumizan kapsul qəbulunu dayandırmısınızsa
Əgər Espumizan kapsul qəbulunu dayandırmısınızsa, şikayətlər yenidən yarana bilər.
Əgər sonradan dərman vasitəsinin istifadəsi ilə bağlı suallarınız yaranarsa həkimə və əczaçıya müraciət edin;
Espumizan kapsullarının qəbulu ilə bağlı indiyə qədər heç bir əlavə təsirlər qeyd edilməmişdir.
Espumizan kapsulların tərkibində sarı "günəş qürubu" FCF (E110) boyası var ki, bu da allergik reaksiyalar yarada bilər.
Espumizan kapsulların tərkibində konservant metil-4-hidroksibenzoat (E218) var, bu isə o cümlədən zəif sürətli allergik reaksiyalar yarada bilir. Əlavə təsirlər gücləndikdə, həmçinin bu içlik vərəqədə təsvir edilməyən əlavə təsirlər yarandıqda müalicə həkiminizə və ya əczaçıya məlumat verin. 
 

Tərkibi:

Təsiredici maddə: simetikon.


Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.