FLUNOL

FLUNOL

5.27 AZN
Flukonazol bis-triazol propanolun derivatıolub, səthi və sistem göbələk infeksiyalarının müalicəsində istifadə olunanantifunqal preparatdır. Flukonazol göbələklərin hüceyrə membranındakı böyüməüçün vacıb olan erqosterolun sintezini tormozlayır.

Candıda spp., Cryptococcus,Microsporum spp., Trichofiton spp., Blastomyces,Coccidıodes və Histoplazmatərəfindən törədilən göbələk infeksiyalarında effektlidir.


İstifadəsinə göstərişlər:

• Genıtal kandidoz

• Vaginal kandidoz (kəskin və ya residivləşən)

• Vaginal kandidozun residivlərinin baş vermə tezliyinin profilaktikası (ildə üç və daha çox rast gəlinən)

• Deri mikozları (ayaq, bədən mikozları daxil olmaqla), onixomikoz (tinea pedis, tinea corporis, tinea cruris, tinea unguium)

• Zəıfləmiş immun sistemi olan xəstələrdə göbelək infeksiyalarının profilaktikası

• Generalizə olunmuş kandidoz (kandidemiya, periton, göz, endokard, tənəffüs və sidik yollarının kandidozu daxil olmaqla)

• Selikli qişaların kandidozu, ağız boşluğunun, udlağın, qida borusunun kandidozu, kandiduriya, dəri-selikli qişa və xroniki oral atrofik
kandidoz (diş protezlərindən istifadə zamanı)

• Bədxassəli şiş olan xəstələrdə sitotoksik kimya terapiya və şua terapiyasından sonra göbələk infeksiyalarının profilaktikası

• Kriptokokkoz (kriptokokk meningit,ağ ciyər kriptokokkozu, dəri kriptokokkozu)
 
Əks göstərişləri:

Preparata və oxşar azol törəmələri preparatlarına qarşı yüksək həssaslıq. 
 
Istifadə qaydası və dozası:

• Vaginal kandidozda Flunol gündə bir dəfə 150mq dozada qəbul edilir.

Vaginal kandidozun residivlərinin qarşısını almaq üçün preparat ayda 1 dəfə 150mq dozada istifadə olunur.

Müalıcənin müddəti fərdi olaraq müəyyən olunur 4 aydan 12 aya qədər.

Bəzi xəstələrdə daha uzun müddətli istifadə mümkündür.

• Kandida ilə törədilən balanitlərdə - bir dəfə 150 mq təyin olunur.

• Orofaringeal kandidoz: 7-14 gün ərzində gündə 1 dəfə 50 mq (1 ədəd 50 mq-lıq kapsul).

Immun sistemin ciddi pozulmalarında müalicə kursu uzadıla bilər.

• Oral atrofik kandidozda (protezdən istifadə zamanı): yerli antiseptiklərin istifadəsi ilə eyni vaxtda Flunol 14 gun müddətində gündə bir dəfə 50 mq qəbul etmək lazımdır.

• Ezofagit, qeyri-invaziv bronx-ağciyər infeksiyaları, kandiduriya, dəri və selikli qişanın kandidozu zamanı:

50 mq sutkada 1 dəfə. 14-30 gün davamlı qəbul etmək məsləhətdir.

Nadir hallarda dozanı 100mq-a qədər artırmaq olar.

• Tinea pedis, tinea corporis, tinea versicolor və digər dəri kandidoz infekşiyalarında:

50 mq sutkada bir dəfə, 2-4 həftə davamlı.

Tinea pedis zamanı müalicə kursu 6 həftəyə qədər uzadıla bilər,amma 6 həftədən çox olmamalıdır.

• Onixomikozlarda məsləhət olunan doza həftədə 150 mq-dır.

Müalicə sağlam dırnaq çıxana qədər davam etdirilməlidir.

Təkrar olaraq əl və ayaq dırnaqların böyüməsi üçün 3-6 və 6-12 ay tələb olunur.

• Kandidemiya Generalizə olunmuş kandidoz və digər invaziv kandida infeksiyaları zamanı: müalicənin birinci sutkasında 400 mq qədər artırıla bilər.

Müalicə müddəti kliniki effektdən asılıdır.

• Kriptokokkoz infeksiyalarda müalicənin birinci günləri 400mq, sonrakı günlər -200-400mq sutkada 1 dəfə təyin olunur.

Müalıcənin müddəti alınan kliniki nəticədən asılıdır, meningit kriptokokkozun müalicəsi 6-8 həftədən az olmamalıdır.

• Bədxassəli şiş olan xəstələrdə sitotoksik kimyaterapiya və radioterapiya aldıqdan sonra göbələk infeksiyaların profilaktikası məqsədilə 50-400mq gündə 1 dəfə, Yüksək neytropeniya riski olan xəstələrdə gündəlik doza 400 mq təşkil edir.

• Antibakterial terapiyadan sonra və immunitetin zəifləməsi nəticəsində yaranan göbelək infeksiyaları zamanı profilaktik olaraq Flunol həftədə 1 dəfə təyin olunur.
 
Uşaqlarda istifadəsi:

1 yaşdan yuxarı olan uşaqlara, böyrək fünksiyası normal olduqda asağıdakı dozalanma tövsiyə olunur:

Səthi kandidoz infeksiyalarda - 1-2 mq/kq və sistem kandidoz infeksiyalarda və hətta kriptokokkoz hallarında 3-6 mq/kq sutkada 1 dəfə. Uşaqlarda gündəlik doza 400 mq artıq olmamalıdır.

Böyrək funksiyası pozulmuş uşaqlarda, pozulmanın dərəcəsindən asılı olaraq, sutkalıq dozanı azaltmaq məsləhətdir.

Böyrək funksiyasının pozulması zamanı dozalanma: flukonazol sidiklə dəyışilməmiş formada xaric olunur.

Preparatın bir dəfəlik istifadəsi doza korreksiyası tələb etmir.

Tekrar qəbul zamanı: müalicənin birinci günləri preparat adi dozada təyin olunur, sonrakı günlər kreatinin klirensindən asılı olaraq təyin olunmus dozanı azaltmaq lazımdır. 

Kreatinin klirens ml/dəq       Interval-sutkalıq doza 

  >4O  24saat(normal doza)

  21-40  48 saat və yaxud dozanın yarısı

  10-20  72 saat və yaxud gündəlik dozanın 1/3

Homodializda olan xəstələlər hissəsi hər seansdan sonra 1 doza.

Doza həddinin aşılması:

Simptomatik müalicə (mədənin yuyulması və dəstəkləyici müalicə) aparılmalıdır.

Flukonazol əsasən sidiklə xaric olur, sürətləndirilmiş diurez preparatın xaric olmasını sürətləndirir. 3 saat davam edən hemodializ seansı flukonazolun səviyyəsinin plazmada 50% azalmasına səbəb ola bilər. 


Təsiredici maddə: hər kapsulda 150 mq Flukonazol vardır.

Köməkçi maddələr: titan 4-oksid, eritrosin.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.