FLUTİNEKS - FLUTINEX

FLUTİNEKS - FLUTINEX

12.11 AZN
Nazal istifadə üçün yerli qlükokortikoid preparatdır. 
İstifadəsinə göstərişlər:
- Mövsümi allergik rinitlərin müalicə və profilaktikası.
- İlboyu müşahidə olunan allergik rinitlərin müalicə və profılaktikası.
 
Əks göstərişlər: 
Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:
Flutineks yalnız intranazal (burun daxili) istifadə üçün nəzərdə tutulmuşdur. Tam müalicəvi effekt almaq üçün preparatdan mütəmadi istifadə olunmalıdır.

Böyüklər və 12 yaşından böyük uşaqlar: mövsümi və il boyu müşahidə olunan allergik rinitlərin müalicə və profilaktikası üçün hər burun dəliyinə gündə 1 dəfə 100 mkq (2 doza) püskürdülür (mümkün qədər səhərlər). Bəzi hallarda hər burun dəliyinə gündə 2 dəfə 100 mkq (2 doza) istifadə etmək lazım gəlir.

Maksimal gündəlik doza - hər burun dəliyinə 200 mkq (4 doza) təşkil edir.

Ahıl yaşlı xəsfələr: dozalama rejiminə düzəlişlər tələb olunmur.

4-11 yaşlı uşaqlar: mövsümi və ilboyu müşahidə olunan allergik rinitlərin müalicə və profilaktikası üçün hər burun dəliyinə gündə 1 dəfə 5 mkq (1 doza) istifadə edilməsi məsləhətdir. Maksimal
gündəlik doza - hər burun dəliyinə 100 mkq (2doza)-dır.

Preparatın maksimal müalicəvi təsiri müalicəni başladıqdan 3-4 gün sonra müşahidə olunur.
İstifadə etməzdən əvvəl flakonun başlığını orta və şəhadət barmaqların arasında yerləşdirib, baş barmaqla flakonun dibindən tutaraq onu ehtiyatla silkələmək lazımdır. Preparatın ilk istifadəsi zamanı və ya istifadəsində 1 həftədən çox fasilə olduqda spreyin işləməsini yoxlamaq lazımdır. Bunun üçün flakonun başlığını özündən əks istiqamətə yönəldərək onu kiçik buludcuq əmələ gələnədək 2-3 dəfə basmaq lazımdır. Sonra burunu təmizləmək gərəkdir. Burun dəliyinin birini qapayaraq flakonun başlığını digərinə yerləşdirmək lazımdır. Başı bir qədər irəli əyərək aerozol flakonunu şaquli vəziyyətdə saxlamalı. Sonra isə burunla nəfəs almaq lazımdır və nəfəs almağa davam edərək spreyin başlığını bir dəfə basaraq preparatdan istifadə etmək lazımdır. Eyni burun dəliyinə proseduranı bir də təkrarlayın. Sonra flakonun başlıgını digər burun dəliyinə salmaqla həmin proseduranı təkrarlayın. İstifadə etdikdən sonra flakonun başlığını salfet və ya cib dəsmalı ilə qurudaraq üstünü qapaqla bağlayın.
 

 


Təsiredici maddə: bir doza sulu suspenziyanın tərkibində 50 mkq flutikazon propionat vardır.

Köməkçi maddələr: mikrokristallik sellüloza, natrium-karboksimetilsellüloza, dekstroza, polisorbat 80, benzalkonium - xlorid, dinatrium - hidrofosfat, limon turşusu, təmizlənmiş su.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.