İBUFEN

İBUFEN

2.47 AZN
Narıncı rəngli, portağal qoxulu və şirin və yüngül hiss olunan yandırıcı dadlı suspenziya.
Maye və çöküntü qatlarına ayrıla bilər ki, bunlar da qarışdırıldıqdan sonra bircinsli suspenziya əmələ gətirir.


İstifadəsinə göstərişlər:

İbufen - suspenziya qızdırmasalıcı, ağrıkəsici, iltihabəleyhinə təsirlərə malikdir. Bədən temperaturunun yüksəlməsi, ağrı və ödem kimi simptomlara meydana çıxdığı yerdə təsir göstərərək onların ifadəliliyini azaldır. Ibufen preparatı aşağıdakı hallarda südəmər uşaqlarda və uşaqlarda istifadə üçün nəzərdə tutulmuşdur: 

Aşağıdakı hallarda bədən temperaturunun müxtəliş mənşəli yüksəlməsi:

- soyuqdəymə xəstəliklərində,
- kəskin respirator virus infeksiyalarında,
- qripdə,
- anginada (faringitdə), 
- bədən temperaturunun yüksəlməsi ilə müşayiət olunan uşaq infeksiyalarında,
- postvaksinal reaksiyalarda.

Aşağıdakı hallarda müxtəlif mənşəli zəif və mötədil intensivlikli ağrı sindromu:

- dişağrısında, dişlərin ağrılı çıxması zamanı,
- başağrısında, miqrendə,
- dayaq-hərəkət aparatının travması nəticəsində baş verən əzələ və oynaq ağrılarında, 
- orta qulağın iltihabı zamanı qulaq ağrılarında.

Əks göstərişlər:

Ibufen preparatını aşağıdakı hallarda istifadə etmək olmaz:

- preparatın komponentlərindən hər hansı birinə və ya digər qeyri-steroid iltihabəleyhinə dərman vasitələrinə qarşı yüksək fərdi həssaslıq,
- nə vaxtsa zökəm, asetilsalisil turşusunun və ya digər iltihabəleyhinə dərman vasitələrinin istifadəsindən sonra dəri səpgiləri və ya
bronxospastik reaksiyalar şəklində allergiya simptomlarının meydana çıxması,
- mədə və onikibarmaq bağırsağın xora xəstəliyi kəskinləşmə fazasında,
- hamiləliyin axırıncı trimestri.


Xüsusi göstərişlər:

Əgər əvvəlcədən aşağıdakı hallar təsdiq edilmişdirsə, o zaman Ibufen qəbul edərkən xüsusi ehtiyatlılığa əməl etmək lazımdır:

- bronxial astma,
- qaraciyər, böyrək çatışmazlığı və ya qan sisteminin çatışmazlığı,
- fruktozaya qarşı anadangəlmə dözümsüzlük,
- anamnezdə mədə və onikibarmaq bağırsağın xora xəstəliyi.

İstifadə qaydası və dozası:

Peroral istifadə üçün. 
5 ml suspenziyanın tərkibində 100 mq ibuprofen vardır. İstifadə öncəsi bircinsli suspenziya alınana qədər çalxalamaq lazımdır. Dərman preparatı yeməkdən sonra, çoxlu miqdarda maye ilə qəbul edilir. Doza uşağın yaşından və bədən kütləsindən asılı olaraq müəyyən edilir.
İbufen suspenziya preparatının gündəlik dozası bədən kütləsinin hər kq-na 20-30 mq (20-30 mq/kq) təşkil edir. Preparat aşağıda göstərilən sxem üzrə birdəfəlik dozalarda təyin edilir:
6 aylıqdan 12 aylığa qədər südəmər uşaqlar (7,7-9 kq): gün ərzində 3 dəfədən 4 dəfəyə qədər 2,5 ml (gündə 150-200 mq ibuprofenə uyğundur).
1 yaşdan 3 yaşa qədər uşaqlar (10-15 kq): gün ərzində 3 dəfə 5 ml (gündə 300 mq ibuprofenə uyğundur).
4 yaşdan 6 yaşa qədər uşaqlar (16-20 kq): gün ərzində 3 dəfə 7,5 ml (gündə 450 mq ibuprofenə uyğundur).
7 yaşdan 9 yaşa qədər uşaqlar (21-29 kq): gün ərzində 3 dəfə 10 ml (gündə 600 mq ibuprofenə uyğundur).
10 yaşdan 12 yaşa qədər uşaqlar (30-40 kq): gün ərzində 3 dəfə 15 ml (gündə 900 mq ibuprofenə uyğundur).
3 aylıqdan 6 aylığa qədər südəmər uşaqlarda postvaksinal reaksiyalar zamanı:
3 aylıqdan 6 aylığa qədər südəmər uşaqlar (5-7,6 kq): gün ərzində 2 dəfə 2,5 ml (2,5 ml qəbul etmək, təkrar 2,5 ml-i isə 6 saatdan sonra qəbul etmək lazımdır).
Dərman vasitəsinin reseptsiz buraxılması 6 aylıqdan yuxarı uşaqlar üçün nəzərdə tutulmuşdur. 6 aylığa qədər uşaqlara dərman preparatı həkimlə məsləhətləşdikdən sonra və onun tövsiyələrinə uyğun olaraq istifadə oluna bilər. Tövsiyə olunduğundan yüksək dozada istifadə olunmamalıdır.
Əgər qızdırma 3 gün müddətində davam edərsə, həkimlə məsləhətləşmək lazımdır.

Doza həddinin aşılması:

Dərman preparatını tövsiyə olunduğundan artıq dozada qəbul etdikdə, dərhal həkimə və ya əczaçıya müraciət etmək lazımdır. 
İbuprofenin doza həddi aşılmasının simptomları: qarında ağrılar, ürəkbulanma, qusma, başağrısı və başgicəllənmə. Eyni zamanda digər dərman vasitələri qəbul edilmədikdə ibuprofenin yüksək dozaları orqanizm tərəfindən adətən yaxşı qəbul olunur. 

Doza həddinin aşılması zamanı görülməli olan tədbirlər: mədənin yuyulması, aktivləşdirilmiş kömür, qələvili içkilər, simptomatik müalicə.  

Təsiredici maddə: 100 ml suspenziyanın tərkibində 2 q ibuprofen vardır (2,0 q/100 ml).

Köməkçi maddələr: kremofor RH-40, karboksilləşmiş metilsellülozanın natrium duzu, maqnezium-alüminium silikat, saxaroza,qliserin, propilenqlikol, metilhidroksibenzoat, propilhidroksibenzoat, limon turşusu, natrium-hidrofosfat, portağal aromatizatoru, oya maddəsi: narıncı-sarı, saxarinin natrium duzu, krospovidon, təmizlənmiş su.


Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.