TONZİLAMİN-AF

TONZİLAMİN-AF

1.98 AZN
Təsviri:
Preparatı yerli istifadə etdikdə, selikliqişadan yaxşı absorbsiya olunur və tez bir müddətdə iltihabi proses gedəntoxumaya keçir və orada iltihab əleyhinə və yerli ağrıkəsici təsir göstərir.


İstifadəsinə göstərişlər
Ağız boşluğu və boğazın iltihabi xəstəlikləri:
- tonzillit, angina, faringit, laringit;
- gingivit, qlossit, stomatit (həmçinin şüa və kimyəvi terapiyadan sonra);
- parodontoz, periodontal xəstəlikləri;
- kandidoz (kombinə olunmuş müalicənin tərkibində);
- dişlərin konservativ müalicəsində və diş çəkilişindən sonrakı dövr üçün müalicəyə əlavə vasitə;
- zədələrdə və cərrahi əməliyyatdan sonrakı müaiicədə köməkçi vasitə kimi (tonzillektomiya, çənə sınıqları);
- tüpürjək vəzilərinin kalkulez iltihabı.
 
İstifadə qaydası:
Ağrını azaltmaq üçün preparatdan 15 ml (1 xörək qaşığı) götürüb boğaz və ya ağız boşluğu 30 saniyə ərzində qarqara edilir. Hər 1.5-3 saatdan bir təkrarlanır. Preparat əsasən qatı şəkildə istifadə edilir. Əgər yandırıcı təsir müşahidə olunsa, su ilə durulaşdırıb istifadə etmək oiar.
Əks göstərişi:
- benzidaminə qarşı yüksək həssaslıq;
- 12 yaşa qədər uşaqlar.
Buraxılış şərti: Reseptsiz buraxılır.
Saxlanılma şəraiti: 15-30°C temperaturda, işıqdan və donmadan qorumaqla.



Tərkibi:
100 ml məhlulda vardır: Benzidamin hidroxlorid - 150 mq.
Köməkçi maddələr: nipagin, mentol, natrium saxarinat, natrium bikarbonat, qliserin, etanol 96%, rəngləyici, distillə suyu.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.