LABİLEKS  – LABILEX

LABİLEKS – LABILEX

5.51 AZN
inyeksiya üçün məhlul 
İstifadəsinə göstərişlər: 

 Seftriakson,ona həssas mikroorqanizmlər tərəfindən törədilmiş infeksion-iltihabi xəstəliklər zamanı təyin olunur:sepsis,meninqit,borreliozlaym xəstəliyi (xəstəliyin erkən və gecikmiş mərhələləri), 
-Qarın boşluğu orqanlarının infeksion xəstəlikləri (peritonit,öd yolları və mədə-bağırsaq traktının infeksiyaları); 
 -Yuxarı və aşağı tənəffüs yollarının infeksion xəstəlikləri;əsasən pnevmoniya və LOR orqanlarının  infeksiyaları;   
-Sidikqovucu yolların infeksion xəstəlikləri(kəskin pielonefrit daxil olmaqla); 
-Dərinin və yumşaq toxumanın infeksiyaları;   
-Kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri; 
-Sidik-cinsiyyət orqanlarının infeksion xəstəlikləri(süzənək daxil olmaqla); 
-Sümük və oynaq infeksiyaları(osteomielit daxil olmaqla);   
-Bakterial endokardit; 
-İrinli yara və yanıq infeksiyaları ; 
-Cərrahi infeksiyaların profilaktikası məqsədilə(əməliyyatdan əvvəl və sonra) 

Əks göstərişlər 

Pensilinə və sefalosporinlərə qarşı yüksək həssaslığı olanlarda xüsusi həkim göstərişi və həkim nəzarəti altında istifadə olunmalıdır. 

İstifadə qaydası və  dozası 
 
Seftriakson əzələdaxili,venadaxili və ya perfuziya şəklində təyin olunur. 

Standart rejim dozası:

Böyüklər və 12 yaşından böyük olan uşaqlar üçün: sutkada 1 dəfə (24 saat ara ilə) 1 q.Ağır infeksion xəstəliklər zamanı sutkalıq doza 4 q-a çatdırılır.Davamedici terapiya xəstəliyin dərəcəsindən asılıdır.Antibiotikoterapiya zamanı müalicə törədicinin eradikasiyası və temperatur göstəriciləri  normal düşəndən 48-72 saat sonra da davam etdirilir. 

Yenidoğulmuş uşaqlarda (14 günlük):sutka ərzində 20-50 mq/kq doza təyin olunur(maksimum sutkalıq doza 50 mq/kq)   
Yenidoğulmuş uşaqlar (15 gündən yuxarı) və 12 yaşına qədər olan uşaqlar:sutka ərzində 20-80 mq/kq doza təyin olunur.50 kq-dan böyük uşaqlarda sutkalıq doza böyüklərdə təyin olunan standart rejim dozasıdır.  Əzələ daxili inyeksiyalar zamanı:500 mq seftriakson natrium dozunun tozu  2 ml 1%-li lidokain hidroxlorid məhlulunda həll olunmalıdır.Flakonu çalxalayıb,məhlulun tam həll olunmasına qədər gözləyin.  
Venadaxili inyeksiyalar zamanı: seftriakson natrium dozunun tozu  5-10 ml destillə olunmuş inyeksiya üçün suda həll olunmalıdır və 3-6 dəqiqə ərzində birbaşa vena və ya perfuzion borucuğun içinə yeridilməlidir. 
 Venadaxili damcı üsulu ilə yeridilən zaman:seftriakson natrium duzunun tozu 50-100 ml destillə olunmuş inyeksiya üçün suda və ya natrium xloridin izotonik məhlulunda  həll edilir və 20-30 dəqiqə ərzində venadaxilinə damcı üsulu ilə yeridilir.

Saxlanma şəraiti: Otaq temperaturunda(25°C-dən aşağı), quru, qaranlıq və uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır.

Aptekdən buraxılma şərti: resept əsasında buraxılır.
Əzələdaxili inyeksiya üçün məhlul.
  Təsiredici maddə:1 flakonda 500 mq və ya 1000 mq seftriaksona ekvivalent miqdarda seftriaksonun natrium dozunun tozu vardır.  Köməkçi maddə:həlledici: 2ml 1%-li lidokain hidroxlorid məhlulu(500 mq preparat üçün) və 3,5 ml 1%-li lidokain hidroxlorid məhlulu(1000 mq preparat üçün).  Venadaxili inyeksiya üçün məhlul 
 Təsiredici maddə:1 flakonda 1000 mq seftriaksona ekvivalent miqdarda seftriaksonun natrium duzunun tozu vardır.   Geniş spektrli təsirə malik,III nəsil sefalosporin qrupu antibiotiki.                   
                                             
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.