VERMOKS

VERMOKS

3.11 AZN
Təsviri: Zəif xarakterik iyə malik,ağ və ya təxminən ağ rəngdə,faskalı disk formasında,bir tərəfində ʺVERMOXʺ yazısı,digər tərəfində bölgü xətti olan yastı tabletlər.
İstifadəsinə göstərişlər:
Vermoks tabletləriuşaqlarda və böyüklərdə bağırsaq qurdlarını xric etmək üçün istifadə olunur.
Əksgöstərişlər:
Preparatın təsiredicimaddəsinə və köməkçı maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:Həkim qurdun növündən asılı olaraq preparatın lazım olan dozasını və müalicə müddətini təyin edir.Fövqəladə dərəcədə həkimin göstərişlərinə əməl etmək lazımdır,belə ki,qurdun növündən asılı olaraq ,müalicə müddəti və doza müxtəlif ola bilər!Həkimin göstərişi ilə 2-4 həftədən sonra təkrar müalicə tələb oluna bilər.Tabletləri yeməkdən sonra ,çüynəmədən və az miqdarda su ilə içməklə qəbul etmək məqsədəuyğundur.Xüsusi pəhriz saxlanması və işlədici vasitələrin qəbulu tələb olunmur.  
Doza həddinin aşılması  Simptomları: doza həddinin aşılması zamanı qarından aşağı spastik ağrılar,ürəkbulanma,qusma və ishal mümkündür.  Müalicəsi: xüsusi antidotu yoxdur.  Doza həddinin aşılmasına şübhə olduğu zaman tibbi yardım üçün müraciət etmək lazımdır!  Doza həddinin aşılmasından sonra ilk saatda mədəni yumaq və aktivləşdirilmiş kömür qəbul etmək olar. 
Saxlanma şəraiti: +15°C-+30°C temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 
Aptekdən resept əsasında buraxılır.

Tərkibi:
Təsiredici maddə:1 tabletin tərkibində 100 mq mebendazol vardır.
Köməkçi maddələr:natrium laurilsulfat, susuz kolloidal silisium 4-oksid, maqnezium-stearat,saxarin natrium, talk, qarğıdalı nişastası, laktoza monohidrat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.